Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman Aparatı Ermənistanın son təxribatları ilə bağlı dünyaya səsləndi

© Sputnik / Ilham MustafayevTovuzda evlərin bərpası
Tovuzda evlərin bərpası - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Ombudsman Aparatı beynəlxalq hüququn norma və prinsiplərinə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatının müddəalarına zidd olan, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş sülhə təhdid olan təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyir.
BAKI, 16 avqust — Sputnik. Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı növbəti dəfə açıqlama yayıb.
Sputnik Azərbaycan bildirir ki, açıqlamada deyilir:
"Təəssüflə bildiririk ki, Ermənistan sərhədyanı və işğaldan azad edilmiş ərazilərimiz ətrafında sistemli şəkildə hərbi təxribatlar törətməkdə davam edir.
Belə ki, avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlamışdır.
Beynəlxalq hüququn norma və prinsiplərinə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olan, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş sülhə təhdid olan bu kimi təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyir və dünya ictimaiyyətini, müvafiq beynəlxalq təşkilatları Ermənistanın bu əməllərindən çəkindirilməsi istiqamətində qəti tədbirlər görməyə çağırırıq".
 
---------------
14.08.2021
15:58
Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, açıqlamada deyilir:
"Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zidd olan təxribatçı əməlləri nəticəsində Ermənistan-Azərbaycan dövlət sərhədində artıq bir müddətdir ki, müşahidə olunan gərginlik hələ də davam edir.
Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat xarakterli əməllərini davam etdirərək avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Ermənistanı Azərbaycanın mülki əhalisinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş bu kimi təxribatçı əməllərdən çəkinməyə, ölkəmizin ərazi bütövlüyünü tanımaq və ona hörmət bəsləməklə regonun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən yekun sülh müqaviləsinin bağlanmasına, tərəflər arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əməl edərək kommunikasiya xətlərinin açılmasına şərait yaratmağa çağırırıq".
Eləcə də oxuyun:
Qarabağ, sərhəd, sülhməramlılar:  həftənin əsas mövzuları
Azərbaycan XİN Ermənistanın xarici siyasət idarəsinə cavab verib
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала