03:25 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
SİYASƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1202)
6620

Bakı ilə Yerevan ötən həftə bir neçə dəfə bir-birlərinə mesaj verdilər: erməni tərəf danışıqlar masası arxasında oturmağa hazır olduğunu dedi, Azərbaycan XİN isə Ermənistana rus dili dərsi keçdi.

BAKI, 14 avqust – Sputnik. Azərbaycanla Ermənistan sərhədində gərginlik davam edir: atışmalar artıq gündəlik xarakter alıb, hərdən atəşkəs gün ərzində bir neçə dəfə pozulur. Bakı və Yerevan atəşkəsin pozulmasında bir-birini günahlandırırlar.

Cümə axşamı Azərbaycan tərəfi Azərbaycan torpaqlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazilərə Ermənistan SQ-nin şəxsi heyətinin qanunsuz yerləşdirilməsi ilə üçtərəfli bəyanatın pozulmasını bildirdi. Azərbaycan MN-dən xüsusilə qeyd olundu ki, erməni tərəf məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır.

“Rusiyalı sülhməramlılar Ermənistan SQ-nin Azərbaycan ərazisində yerləşdirilməsinə son qoymalıdırlar”, - qurumdan vurğuladılar.

Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin bəyanatını təkzib etdi və bildirdi ki: “Qarabağ üzrə üçtərəfli bəyanat erməni bölmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tutmur”. Yerevanın versiyasına görə, bəyanatda “erməni qüvvələrinin Dağlıq Qarabağın ətrafından çıxarılması nəzərdə tutulur”.

Cavabında Azərbaycan XİN erməni həmkarlarına üçtərəfli bəyanatın rus dilində yazıldığını xatırlatdı:

"Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində "tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 10 Noyabr 2020 Moskva vaxtı ilə 00:00-dan etibarən dayandırılması" elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası "tutduqları mövqelərində dayanırlar" qeyd olunur. Vurğulamaq istərdik ki, "dayanmaq" sözü bu və ya digər kontekstdə "qalmaq" mənasını vermir. Bu həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir".

Bakı həmçinin “üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdlərinin erməni tərəfinin bu ölkə tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyini və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərdiyinə” dəlalət etdiyini deyib.

Belə davranışı Ermənistanın destruktiv mövqeyinin növbəti bariz nümunəsi adlandıran Azərbaycan XİN vurğulayıb ki, “bu destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur”.

Yerevan Zası eşitmir

Yeri gəlmişkən, məhz Ermənistan-Azərbaycan sərhədində gərginlik KTMT baş katibi Stanislav Zasın bölgəyə səfəri üçün əsas olub. O, Yerevanda Ermənistanın rəsmi şəxsləri ilə görüşüb və sərhəddə yaranan gərginliyin həm Ermənistanda, həm də KTMT-nin məsuliyyət zonasında təhlükəsizliyə mənfi təsir etdiyini deyib.

“Biz hərbi insidentlərin təkrarlanması və coğrafiyasının genişlənməsindən, insanların insident qurbanı olmasından ciddi narahatlıq keçiririk. Hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhədlə bağlı ziddiyyətlərin siyasi-diplomatik tədbirlərlə aradan qaldırılması imkanları hələ bitməyib”, - baş katib vurğulayıb.

Ancaq sərhədlə bağlı ziddiyyətləri sülh yolu ilə həll etmək çağırışlarını Yerevanda yenə özləri bildikləri kimi anlayıblar. Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Zasla görüşündə: “Situasiyanı sülh yolu ilə həll etməyə cəhd edirik, ancaq əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, Yerevan güc tətbiq etmək hüququnu özündə saxlayır”, - tipli bəyanat verməsini başqa cür izah etmək olmur.

Karapetyan KTMT sədrinin səfərini hələ bu ilin mayında, Ermənistan üçün kifayət qədər gərgin bir vaxtda, gözlədiklərini, ancaq Zasın gəlmədiyini də baş katibə xatırladıb. Üstəlik, erməni nazir KTMT-də “qərarların qəbul olunması və böhranlı vəziyyətlərə reaksiya mexanizminin operativ şəraitin inkişafının müasir tələblərinə cavab verməməsindən” şikayətlənib.

Bakıda Karapetyanın KTMT haqda bəyanatlarını gözlənilən, təşkilatı qınamasını isə əsassız adlandırıblar.

Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, Karapetyan öz sözləri ilə sübut edir ki, məhz erməni tərəfi amanabənd, çox çətinliklə əldə olunmuş barışığı pozur və açıq-aşkar müharibəyə səsləyir

Paşinyanın yeni oyunu?

Bu hadisələrin fonunda Ermənistanın baş naziri Nikol Paşinyan qəflətən Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ üzrə danışıqlar aparmaq və bölgədə vəziyyəti yoluna qoymaq üçün görüşməyə hazır olduğunu bəyan edib.

“Yerevan regionda kommunikasiyaların açılması üçün Azərbaycan, Ermənistan və Rusiyanın  baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır”, - o deyib.

Paşinyan qeyd edib ki, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Ermənistanın mövqeyi dəyişməyib, bu istiqamətdə işi sürətləndirmək lazımdır: “Regionda düşmənçilik atmosferinin dərinləşməsi yol vermək olmaz”.

Ancaq ekspertlər Ermənistan liderinin səmimiliyinə şübhə edirlər. Məsələn, "Национальная оборона" (Milli müdafiə) jurnalının baş redaktoru İqor Korotçenkonun fikrincə, Yerevanın əvvəlki qəsbkarlıq planları dəyişməyib, sadəcə indi onları cari hərbi-siyasi vəziyyətə uyğunlaşdırırlar.

"Paşinyan sərhədin delimitasiyası və demarkasiyası prosesini, Zəngəzur nəqliyyat dəhlizi layihəsinin reallaşmasını istəmir. Lakin ən əsası, o indiyədək üçtərəfli bəyanatların çərçivəsində üzərinə götürdüyü baza öhdəliklərini yerinə yetirməyib: söhbət bütün qeyri-qanuni erməni birləşmələrinin Rusiya sülhməramlılarının yerləşdiyi zonadan çıxarılmasından gedir", - ekspert qeyd edib.

"Paşinyan deyəndə ki, hansısa təkliflər gözləyir, o nəyə görəsə unudur ki, Bakı bütün zəruri təklifləri artıq Yerevana edib. Söhbət sülh müqaviləsini bağlamaq, bir-birinin ərazi bütövlüyünü tanımaq, sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaqdan gedir. İndi isə Paşinyan yalandan sülhməramlı cildinə girib və deyir ki, hansısa təklif gözləyir. Başqa nə gözləyir? Qoy otursun və sülh müqaviləsini imzalasın", - ekspert yekunlaşdırıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları təəccübləndirir: əlbəttə, bunlar siyasi kursun dəyişməsindən xəbər verə bilər, ancaq bu, oyuna bənzəyir. Bunu isə Sputnik Azərbaycan-a Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“İndiyədək bölgədə kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın işini məhz erməni tərəf əngəlləyirdi”, - deyən ekspert Ermənistanın növbəti addımlarını gözləməyi tövsiyə edib.

Eləcə də oxuyun:

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1202)
Teqlər:
Ermənistan, sərhəd, gərginlik, Azərbaycan, ekspertlər, şərh, həftənin icmalı

Əsas mövzular