https://sputnik.az/20210816/Azerbaycan-MN-Ermenistanin-daha-bir-yalanini-ifsa-eledi-427708148.html
Azərbaycan Ordusu mülki şəxsləri atəşə tutmur - Müdafiə Nazirliyi
Azərbaycan Ordusu mülki şəxsləri atəşə tutmur - Müdafiə Nazirliyi
Sputnik Azərbaycan
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun... 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T22:57+0400
2021-08-16T22:57+0400
2021-11-17T00:01+0400
azərbaycan və ermənistan arasında müharibə
siyasət
cəmiyyət
xəbərlər
ermənistan
sərhəd
qaragöl
təxribat
dezinformasiya
təkzib
https://cdnn1.img.sputnik.az/img/07e5/08/01/427598066_0:0:1000:563_1920x0_80_0_0_00a757432cfc5b34451dd18b0c10f4e5.jpg
BAKI, 16 avqust - Sputnik. "Guya Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisindəki kəndlərin və əhalinin atəşə tutulması xəbərini təkzib edirik. Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur".Sputnik Azərbaycan bildirir ki, bun məlumatı Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər. ---------22:10Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi verib. "Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır", - məlumatda deyilir.--------12:58Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi verib. Qurumdan vurğulanıb ki, bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub."Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir", - məlumatda bildirilir. --------11:46Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Qarşı tərəf bu kimi yalan məlumatlarla törədə biləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir", - məlumadta qeyd olunub.Qeyd edək ki, bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.Bundan sonra Ermənistan tərəfi sərhəddə, eləcə də Qarabağda, Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdə qalan qanunsuz erməni silahlı birləşmələri təxribat törədirlər. Bazar ertəsi, avqustun 16-na olan məlumata görə, saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb. İtki yoxdur, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.Eləcə də oxuyun:MN: Ermənistan Naxçıvan ərazisini atəşə tutmağa başlayıbBakı Moskva və Yerevandan nə gözləyir: Əliyevin müsahibəsinin izi iləƏliyev: Ermənistan müharibəyə hazırlaşır?! Belədirsə, biz qabaqlayıcı tədbirlər görəcəyikErmənistanın keçmiş prezidenti AzərbaycandadırQarabağ, sərhəd, sülhməramlılar: həftənin əsas mövzuları
qaragöl
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/01/427598066_0:0:840:630_1920x0_80_0_0_6206076c9bdc7295aaa18b08623e498c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan və ermənistan arasında müharibə, xəbərlər, ermənistan, sərhəd, qaragöl, təxribat, dezinformasiya, təkzib, dünya, azərbaycan
azərbaycan və ermənistan arasında müharibə, xəbərlər, ermənistan, sərhəd, qaragöl, təxribat, dezinformasiya, təkzib, dünya, azərbaycan
Azərbaycan Ordusu mülki şəxsləri atəşə tutmur - Müdafiə Nazirliyi
22:57 16.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir.
BAKI, 16 avqust - Sputnik. "Guya Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisindəki kəndlərin və əhalinin atəşə tutulması xəbərini təkzib edirik. Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur".
Sputnik Azərbaycan bildirir ki, bun məlumatı Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi verib.
"Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır", - məlumatda deyilir.
Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi verib.
Qurumdan vurğulanıb ki, bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
"Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir", - məlumatda bildirilir.
Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Qarşı tərəf bu kimi yalan məlumatlarla törədə biləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir", - məlumadta qeyd olunub.
Qeyd edək ki, bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.
Bundan sonra Ermənistan tərəfi sərhəddə, eləcə də Qarabağda, Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdə qalan qanunsuz erməni silahlı birləşmələri təxribat törədirlər. Bazar ertəsi, avqustun 16-na olan məlumata görə, saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb. İtki yoxdur, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Əliyev:
Ermənistan müharibəyə hazırlaşır?! Belədirsə, biz qabaqlayıcı tədbirlər görəcəyik