CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkim COVID-19-dan sonra əzələlərin necə bərpa edilməsindən danışdı

© AP Photo / Evgeniy MaloletkaБольной коронавирусом, фото из архива
Больной коронавирусом, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Abunə olmaq
"Əgər bir insan coviddən əvvəl çox yaxşı təlim alıbsa, yenə də aşağı intensiv məşqlərə başlamalıdır. Ən təhlükəsizi gəzmək və üzməkdir. Gəzinti ilə başlayırıq və tədricən məsafəni, daha sonra yürüş sürətini artırırıq".
BAKI, 13 avqust — Sputnik. COVID-19-dan əziyyət çəkən insanlar tez-tez əzələ kütləsinin əhəmiyyətli bir hissəsini itirirlər. Moskva Dövlət Universiteti klinikasının həkim-endokrinoloqu, "Həkim Pavlo" Telegram kanalının müəllifi, tibb elmləri namizədi Zöhrə Pavlova Sputnik radiosuna verdiyi müsahibədə sağlamlıq üçün təhlükə yaratmadan onu necə bərpa edəcəyindən danışıb.
O qeyd edib ki, əgər insan COVID-19 ilə ağır xəstələnibsə və xəstəxanada yatıbsa, çox nəzərəçarpacaq dərəcədə çəki itkisi ilə oradan çıxır.
"Çox vaxt bu itki əzələ kütləsinin hesabına olur. Bəli, yağ kütləsi də itir, amma ilk növbədə əzələ itirilir. Bir xəstəm var ki, bir ay yarım reanimasiyada 30 kiloqram arıqladı və bu çox ağır bir hekayə oldu. Ancaq insanlar da var ki, 3-4 kiloqram çəki atırlar. Burada tamamilə fərqli dəyişikliklər ola bilər", - deyə tibb elmləri namizədi izah edib.
Həkim onu da qeyd edib ki, COVID-19-dan sağaldıqdan sonra ürək-damar sistemində həddindən artıq stress olmadan, ehyiyyatla əzələ kütləsinin bərpasına başlamaq lazımdır.
"Əgər bir insan coviddən əvvəl çox yaxşı təlim alıbsa, yenə də aşağı intensiv məşqlərə başlamalıdır. Ən təhlükəsizi gəzmək və üzməkdir. Gəzinti ilə başlayırıq və tədricən məsafəni, daha sonra yürüş sürətini artırırıq", - deyə Pavlova məsləhət görüb.
Məşq zamanı nəbzi diqqətlə izləməyi və yalnız ürək dərəcəsi normal olduğu halda yürüyüş sürətini artırmağı həkim tövsiyə edib.
"İndi hər kəsin nəbzi dəqiq izləyə biləcək ağıllı saat və smartfonları var. Əgər nəbz, fiziki aktivliyin başlanğıcında artırsa, lakin məşq zamanı çox tez bərpa olunursa, o halda daha gərgin məşq növlərinə keçmək olar", - deyə Pavlova qeyd edib.
Əzələlərin bərpasının çox yavaş getdiyi və ya ümumiyyətlə baş vermədiyi hallarda reabilitasiya həkiminin kömək edə biləcəyini də bildirib.
Həmçinin oxuyun:
COVID-dən sonrakı həyat: Rusiyada bu xəstəliyi keçirmiş əcnəbilərə necə yardım edəcəklər?
Xəbər lenti
0