Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

COVID-dən sonrakı həyat: Rusiyada bu xəstəliyi keçirmiş əcnəbilərə necə yardım edəcəklər?

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.08.2021
Abunə olmaq
Sankt-Peterburqda əcnəbilər üçün koronavirusdan sonra reabilitasiyaya dair ilk proqramlar işə salınıb. Əsas proqram MDB ölkələrindən olan xəstələr üçündür.
BAKI, 4 avqust — Sputnik. Rusiyada koronavirusla bağlı ağırlaşmalardan əziyyət çəkən əcnəbilərə sağlamlığın bərpa edilməsində yardım olunacaq. Artıq Sankt-Peterburq sanatoriyalarında tibbi reabilitasiyadan keçmək mümkündür.
Əcnəbilər üçün hansı sağlamlıq proqramları mövcuddur və yaxın xaricdəki hansı ölkələr tibbi turizm üçün məhz Rusiyanı seçirlər – bu barədə Sputnik-in icmalında oxuyun.

Mərkəzi Asiya Şimal paytaxtını seçir

2021-ci ilin sonuna qədər Sankt-Peterburq tibbi turizm istiqaməti üzrə 99 min nəfər əcnəbi qəbul etməyi planlaşdırır. Ötən il şəhəri tibbi xidmətlərdən yararlanmaq istəyən 96,7 min əcnəbi vətəndaş ziyarət edib. Lakin əgər 2020-ci ildə Rusiyanın Şimal paytaxtında tibbi turizm əsasən mamalıq, ginekologiya və terapiya hesabına inkişaf edirdisə, bu dəfə Sankt-Peterburq Turizmin İnkişafı Komitəsi daha çox yeni tendensiyaya – koronavirusdan sonrakı reabilitasiyaya ümid bəsləyir.
Turistlər üçün postkovid bərpa proqramlarının işə salınması barədə şəhər rəhbərliyi kifayət qədər çoxdan anons verib. Əvvəlcə qubernator Aleksandr Beqlov ötən ilin sonunda çoxlu sayda sanatoriya və kurortlar sayəsində "Peterburq çox yüksək səviyyəli tibbi turizm mərkəzinə çevrilə bilər", ona görə də "bu istiqamətdə irəliyə hesablanmış işlər görülməlidir" deyib.
Artıq 2021-ci ilin fevralında isə Sankt-Peterburq Turizmin İnkişafı Komitəsinin sədri Sergey Korneyev belə bir açıqlama verib: "Artıq indi koviddən sonra müxtəlif profillər, müxtəlif təbiət amilləri üzrə 7, 10, 15 günlük prpoqramlar var ki, onlara da ağ ciyərlərin oksigenlə zənginləşdirilməsi, qan və sairlə bağlı proqlramlar daxildir".
"Sankt-Peterburq tibbi turizm agentliyi" SC-nin baş direktoru Natalya Yudina Sputnik-ə müsahbəsində bildirib ki, reabilitasiya proqramlarının əsas auditoriyası əcnəbilərdir.
"Rusiya səhiyyəsinə prinsip etibarilə tələbat var və koviddən sonrakı reabilitasiyaya tələbat böyükdür. Digər məsələ ondadır ki, pandemiyanın davam etməsinə görə heç də bütün ölklərlə hava əlaqəsi bərpa olunmayıb", - deyə o bildirib.
Yudinanın sözlərinə görə, hazırda Sankt-Peterburqda koronavirusdan sonrakı reabilitasiyanı əsasən MDB vərəndaşları keçir – onlar üçün Rusiyaya gəlmək daha asandır. Belə ki, 2020-ci ildə Peterburqda əsas əcnəbi pasiyentlər Özbəkistan, Azərbaycan, Tacikistan, Qazaxıstan və Qırğızıstan vətəndaşları olublar.

Ekspatlar bütün xəstəlikləri bir dəfəyə müalicə etdirməyə üstünlük verirlər

Gözlənilən 90 min nəfər turistdən cari ilin may ayında Sankt-Peterburq artıq 41 min nəfəri qəbul edib. Pasiyentlərin ən böyük kateqoriyası Özbəkistandandır (11 min nəfər). İkinci yerdə Tacikistan (7,2 min nəfər), üçüncü yerdə isə Ukrayna (4,5 min nəfər) gəlir.
Natalya Yudina deyir ki, Sankt-Peterburqda tibbi yardım almaq arzusunda olan insanlar arasında ilk 10-luğa həmçinin Belarus, Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Moldova, Ermənistan və Çin də daxildir. Söhbət təkcə Rusiyaya məhz müalicə məqsədi ilə gələnlərdən deyil, Rusiya ərazisində daim yaşayan ekspatlardan da gedir.
"Əgər əcnəbi pasiyentləri sinifləndirsək, onları iki böyük kateqoriyaya bölmək olar – yüksək ixtiaslı mütəxəssislər və əmək miqrantları. Elə sanatoriyalara müraciət edənlər də daha çox birinci qrup əcnəbilərdir – kimsə özü müraciət edir, kimisə, əgər insan koronavirusu ağır keçiribsə, icbari tibbi sığorta polisi ilə göndərirlər", - deyə agentliyin direktoru bildirib.
Onun sözlərinə görə, postkovid reabilitasiyasını keçmiş əcnəbilər üzrə dəqiq statistika yoxdur. Çünki ekspatlar, əllərinə düşmüş istirahət imkanından istifadə edərək, eyni vaxtda bir neçə müalicə proqramını seçirlər. Belə ki, 2021-ci ildə MDB vətəndaşları üçün ən populyar tibbi istiqamətlər sırasına terapiya, diaqnostika, stomatologiya və oftalmologiya düşüb.

Heç də bütün miqrantlar fərdi qaydada sağlamlıqlarını bərpa edə bilmirlər

Hazırda Sankt-Peterburqda 28 sanatoriya kovid keçirmiş əcnabiləri qəbul etmək iqtidarındadır. İnfeksionist-həkim Yevgeni Timakov bu təcrübənin faydalı olduğunu hesab edir.
"Təssüf ki, koronavirus bütün orqan və toxumalara təsir edir. Xroniki xəstəlik varsa, böyük ehtimalla virus məhz dəyişiklik olmuş orqana təsir edəcək. Ona görə də, postkovid sindromu uzun müddət davam edir. Və hər bir orqanizmdə dəyişikliklər fərdi xarakter daşıdığı üçün reabilitasiya da sadəcə olaraq ümumi möhkəmləndirici terapiyaya yönəlməli deyil – intizam yanaşması xarakteri daşımalıdır", - deyə o, Sputnik-ə müsahibəsində bildirib.
Natalya Yudinanın verdiyi məlumata görə, hazırda əcnəbilər müxtəlif formatlı postkovid proqramlarından yararlana bilərlər: ürək-ağ ciyər problemləri, damar problemləri, psixoloji vəziyyətin dəyişməsi və sair nəzərə alınmaqla reabilitasiya.
"Postkovid depresiyasına heç də hamı əhəmiyyət vermir. Lakin bu, vacib məqamdır. Heç də hamı bərpa olunaraq bu vəziyyətdən özü çıxa bilmir. Koronavirus mərkəzi sinir sistemini zədələyir, ona görə də insanda müxtəlif fobiyalar, panik vəziyyətlər, ümumilikdə depressiv hal inkişaf edə bilər. Başa düşmək lazımdır ki, hazırkı 7-10 günlük reabilitasiya proqramları əsasında bu problemləri tamamilə həll etmək mümkün deyil. Lakin reabilitasiya prosesində həkimlər pasiyentə bərpa metodikalarını öyrədə bilərlər, bu halda həmin müddət kifayət edə bilər", - deyə Yevgeni Timakov vurğulayıb.
Həmçinin oxuyun:
Rusiyada miqrantın elektron kartı: bu barədə nə məlumdur?
Moskvada miqrantlar necə peyvənd olunurlar
Xəbər lenti
0