Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tbilisinin şimalında qayanın bir hissəsi çökdü, sakinlər köçürüldülər

© Sputnik / Stringer / Mediabanka keçidВид на Тбилиси, фото из архива
Вид на Тбилиси, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Mütəxəssislər Lortkipanidze küçəsindəki qaya üzərində araşdırma aparacaq və bundan sonra möhkəmləndirmə işlərinə başlayacaqlar.
BAKI, 13 avqust — Sputnik. Ötən gecə Tbilisinin şimalında qayanın bir hissəsi çöküb və qonşuluqdakı onmərtəbəli binanın sakinləri sürüşmə təhlükəsi səbəbindən təxliyə olunublar. Bu baradə Sputnik Gürcüstan xəbər verir.
"Dünən gecə Tbilisinin Saburtalo rayonunda qayanın bir hissəsi çöküb. Yaxınlıqdakı ərazidə yerləşən onmərtəbəli evin sakinləri sürüşmənin yenidən baş verməsi təhlükəsi səbəbindən təxliyə olunublar, gecəni isə mehmanxanada keçirmək məcburiyyətində qalıblar", - deyə agentliyin Telegram-dakı məlumatında bildirilib.
Tbilisi şəhər Bələdiyyəsindən verilən məlumata görə, mütəxəssislər Lortkipanidze küçəsindəki qaya üzərində araşdırma aparacaq və bundan sonra möhkəmləndirmə işlərinə başlayacaqlar. Qayanın çökməsi inşaat işləri nəticəsində baş verib və bu səbəbdən indi tikintini tamamilə dayandırılıb.
Həmçinin oxuyun:
Sürüşmə, uçqun və subasma sahələri - Sanki saatlı bombanın üstündəyik
İlham Əliyev Kaxa Kaladzeyə: Tbilisi unikal memarlıq əsəridir
Xəbər lenti
0