CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürüşmə, uçqun və subasma sahələri - Sanki saatlı bombanın üstündəyik

© Sputnik / Murad OrujovBayılda sürüşmə (29 yanvar 2021 il)
Bayılda sürüşmə (29 yanvar 2021 il) - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
"Bunlar arasında insanlar üçün neqativ hallar doğura biləcəkləri xüsusi diqqətdə saxlanılır və bizim tərəfimizdən monitorinqə cəlb edilib".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. "Ölkəmizdə 99 sürüşmə, uçqun və subasma sahələri var. Amma bunların içində bir qisim ərazilər var ki, çox ciddi şəkildə monitorinqə cəlb edilir".

Badamdar qəsəbəsinə gedən yolun bir hissəsi yenidən təmirə bağlanıb - Sputnik Azərbaycan, 1920, 10.04.2021
CƏMİYYƏT
Badamdarda vəziyyət gərgindir - Yamacda asılı bloklar var

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib. O bildirib ki, onlar da təhlükəli nəticələr doğura biləcək təbii proseslərin baş verdiyi sahələrdir: "Yəni insanların yaşadığı ərazilərə, strateji qurumların yerləşdiyi yollara, körpülərə yaxın olan sahələrdir. Bu hissədən olan ekzogen geoloji proseslər ocaqları davamlı monitorinqdədir. Məsələn, Zığ yaşayış massivində, Qaraçuxurda olan sürüşmə ocaqları bura daxildir. Bakı-İsmayıllı yolunun 102-ci kilometrliyindən 27-ci, 134-cü kilometrinə qədər bir neçə yerdə sürüşmə elementləri qalır. Zaman-zaman o ərazilərdə kiçik həcmlərdə sürüşmə prosesi baş verir. Bundan başqa, İsmayıllı rayonunun özündə bu yaxınlarda sürüşmə baş verdi. Çox böyük həcmli olmasa da, sürüşmələr bəzən yol infrastrukturuna ziyan vura bilir. Amma həmin ərazilər mobitorinqə cəlb edilib, nəzarətdədir. Bunlar təbii hadisələrdir, bunun qarşısını almaq da mümkün deyil".

Ə.Əliyev bildirib ki, əsas məsələ texnogen faktorların qarşısını almaqdır:

"Bu, bilavasitə insan faktoru ilə bağlıdır. İnsanlar da təbiətə yanaşmada diqqətli olmalıdırlar. İzafi su sərfinin azaldılması, yamacların kəsilməsinin qarşısının alınması vacibdir. Yamacın dikinə kəsilməsi dayanıqlığın itməsinə səbəb olur. Biz elə bir regionda yaşayırıq ki, nə vaxtsa sürüşmə və uçqunların başa çatacağını deyə bilmərik".

Xidmət rəisi bildirib ki, Astara-Lerik, Abşeron yarımadası, İsmayıllı, Ağsu rayonunda sürüşmə məsələsi aktualdır: "Bunlar arasında insanlar üçün neqativ hallar doğura biləcəkləri xüsusi diqqətdə saxlanılır və bizim tərəfimizdən monitorinqə cəlb edilib. Onların dinamikası izlənir və müvafiq qurumlara məlumat verilir"

Xəbər lenti
0