Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Artan və azalan idxal məhsulları - təfərrüatlar

© AFP 2024 / CLEMENT MAHOUDEAUГрузовые контейнеры, фото из архива
Грузовые контейнеры, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 100 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən idxal olunub. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,1 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,9 faizi Çin ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
 
BAKI, 13 avqust — Sputnik. 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən idxal olunub.
Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 14650,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 9259,1 milyon dollarını və ya 63,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5391,2 milyon dollarını (36,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3867,9 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 24,7 faiz artıb, real ifadədə isə 7,7 faiz, o cümlədən idxal 11,1 faiz, ixrac 5,2 faiz azalıb.
2021-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artaraq 1162,4 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 35,9 faizini İtaliyaya, 15,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,4 faizini Gürcüstana, 4,0 faizini Hindistana, 3,9 faizini İspaniyaya, 3,7 faizini İsrailə, 2,9 faizini Portuqaliyaya, 2,6 faizini Xorvatiyaya, hər biri 2,3 faiz olmaqla Ukrayna və Tunisə, hər biri 1,6 faiz olmaqla Kanada, Birləşmiş Krallıq və Almaniyaya, 1,5 faizini Tailanda, hər biri 1,4 faiz olmaqla Belarus və Çinə, 8,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,7 faiz), Türkiyəyə (26,6 faiz), İsveçrəyə (10,1 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,6 faiz), Çinə (1,8 faiz), Ukraynaya (1,8 faiz), Türkmənistana (1,5 faiz), Qazaxıstana (1,3 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,1 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,9 faizi Çin, 6,3 faizi Almaniya, 4,3 faizi ABŞ, 4,1 faizi Ukrayna, 4,0 faizi İtaliya, 3,4 faizi İran, 2,5 faizi Birləşmiş Krallıq, 2,1 faizi Yaponiya, 2,0 faizi Koreya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,1 faiz olmaqla Belarus, Polşa və Vyetnam, 18,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 38,8 faiz, kartof – 12,9 faiz, şəkər – 2,0 dəfə, bitki yağları – 27,8 faiz, meyvə və tərəvəz şirələri – 15,5 faiz, meyvə və tərəvəz konservləri – 19,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 10,7 faiz, pambıq lifi – 1,9 dəfə, pambıq ipliyi – 1,8 dəfə, qara metallardan borular – 12,0 faiz artıb, təzə tərəvəz ixracı isə 23,6 faiz, çay – 21,3 faiz, tütün – 45,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 30,7 faiz, polietilen – 11,5 faiz, emal olunmamış alüminium – 41,8 faiz, bentonit gili – 4,2 faiz azalıb.
2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2021-ci ilin yanvar-iyun aylarında buğda idxalı 12,0 faiz, bitki yağları – 2,3 faiz, xam şəkər və şəkər – 15,6 faiz, çay – 11,2 faiz, kartof – 14,5 faiz, təzə tərəvəz – 44,5 faiz, siqaretlər – 0,5 faiz, minik avtomobilləri – 1,7 dəfə, dərman vasitələri – 1,0 faiz, hesablama maşınları, blok və qurğuları – 11,9 faiz, rezin şinlər – 1,6 dəfə, yük avtomobilləri – 2,1 dəfə, mebellər – 33,6 faiz, paltaryuyan maşınlar – 28,5 faiz, məişət soyuducuları – 9,4 faiz artmış, təzə meyvə idxalı isə 1,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 6,9 faiz, quş əti və onun əlavə məhsulları – 28,4 faiz, mal əti – 41,9 faiz, polad prokatı – 43,6 faiz, qara metallardan borular – 35,8 faiz, mineral gübrələr – 44,0 faiz, məişət kondisionerləri – 4,1 faiz, qara metallardan çubuqlar – 70,4 faiz, polietilen – 44,2 faiz, qara metallardan künclüklər – 26,4 faiz, avtobuslar – 21,1 faiz, sement və sement klinkerləri – 35,4 faiz azalıb.
Həmçinin oxuyun:
Rusiyadan gətirilən zərərli məhsul Azərbaycana buraxılmadı
Ölkədə ərzaq məhsullarının bahalaşması davam edəcək - Ekspertlər həyəcan təbili çalır
Xəbər lenti
0