ABŞ və Böyük Britaniya yenə Əfqanıstana hərbçi göndərəsi oldu

© AFP 2024 / WAKIL KOHSARСотрудник службы безопасности охраняет блокпост возле американской авиабазы ​​Баграм, фото из архива
Сотрудник службы безопасности охраняет блокпост возле американской авиабазы ​​Баграм, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbinin sözlərinə görə, onlar hava limanında hərbi-nəqliyyat təyyarəsini gözləyəcəklər. Hərbçilər ABŞ Dövlət Departamentinin istəyi ilə göndərilir.
BAKI, 13 avqust - Sputnik. ABŞ Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay hava limanına biri quru qoşunları, ikisi dəniz piyadaları olmaqla 3 tabordan ibarət 3 min hərbçi göndərir.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib.
Onun sözlərinə görə, onlar hava limanında hərbi-nəqliyyat təyyarəsini gözləyəcəklər. C.Kirbi deyib ki, hərbçilər ABŞ Dövlət Departamentinin istəyi ilə göndərilir.
Həmin hərbçilər ABŞ vətəndaşlarının, o cümlədən diplomatlarının və Vaşinqtonun bu ölkədəki diplomatik nümayəndəliklərinin əfqanıstanlı əməkdaşlarının təxliyəsinin təhlükəsizliyini təmin edəcəklər.
Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi də eyni məqsəd üçün Əfqanıstana 600 hərbçi yollayacağını elan edib.
Həmçinin oxuyun:
* Əfqanıstan ordusu Herat əyalətinin rayonlarından birini taliblərdən azad edib
Taliblər irəliləyir, ABŞ şəhərləri bombalayır: 100 min qaçqın – bu, hələ başlanğıcdır
Əfqanıstan hökuməti taliblərlə işləməyə hazır olduğunu bəyan edib
Əfqanıstan Müdafiə Nazirliyi 400-dən çox talibin məhv edildiyini bəyan edib
 
Xəbər lenti
0