Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Taliblər irəliləyir, ABŞ şəhərləri bombalayır: 100 min qaçqın – bu, hələ başlanğıcdır

© REUTERS / OMAR SOBHANIВооруженный человек, выступающий против восстания талибов, стоит на контрольно-пропускном пункте в районе Горбанд, провинция Парван, Афганистан, 29 июня 2021 года.
Вооруженный человек, выступающий против восстания талибов, стоит на контрольно-пропускном пункте в районе Горбанд, провинция Парван, Афганистан, 29 июня 2021 года. - Sputnik Azərbaycan, 1920, 27.07.2021
Abunə olmaq
Ölən və yaralananların 46%-ni qadınlar və uşaqlar təşkil edir, qurbanların 25%-i isə hökumət qoşunlarının hesabındadır.

Əfqanıstan İslam Respublikası hərb-siyasi cəhətdən dikinə enməkdə davam edir. Münaqişə tərəflərinin müxtəlif qütblü maraqları ölkəni və xalqı parça-parça edir. ABŞ-ın hərbi hava qüvvələri (HHQ) əfqan şəhərlərini bombardman edir, taliblər hücumu genişləndirir – hər iki tərəf "yolüstü" dinc əhalini də məhv edir. Əfqanıstandan Mərkəzi Asiyaya qaçqın axını artır və Tacikistan 100 min nəfəri qəbul etməyə hazırdır. Əfqanıstan sərhədləri yaxınlığında Özbəkistan, Tacikistan, Qırğızıstan və Rusiya qoşunları irimiqyaslı manevrlərin həyata keçirilməsi üçün cəmləşirlər.

Əfqanıstan ordusunun Hərbi Hava Qüvvələri bazar ertəsi Tacikistan sərhədindən 46 km məsafədə yerləşən Talukan şəhəri ətrafında taliblərin mövqelərinə zərbə endiriblər, 20-dən çox yaraqlı məhv edilib. Zərər çəkmiş dinc əhali barədə məlumat verilmir, lakin bu cür sıx əməliyyatların keçirildiyi şəraitdə "yanaşı" itkilərin olması labüddür.

BMT-nin missiyasının (UNAMA) məlumatlarına görə, 2021-ci ilin birinci yarısında Əfqanıstanda dinc əhali arasında qurbanların sayı 5183 nəfərə çatıb (1659 həlak olub, 3254 nəfər yaralanıb). Bu, 2020-ci ilin yanvar-iyun aylarına nisbətən 47% çoxdur. Həm də ölən və yaralananların 46%-ni qadınlar və uşaqlar təşkil edir, qurbanların 25%-i isə hökumət qoşunlarının hesabındadır.

ABŞ HHQ Əfqanıstan ordusuna dəstək üçün hava zərbələrinin sayını artırıb. ABŞ generalı Kannet Makkenzi yaxın həftələr ərzində bombardmanların davam etdiriləcəyini vəd edir və Əfqanıstan hökumətini "ağır sınaqlar" gözlədiyini bildirir.

Bir müddət əvvəl Pentaqon bildirib ki, iyulun 21-22-də amerikalılar Əfqanıstanda 4-dən artıq hava hücumu həyata keçiriblər.

Öz növbəsində taliblər ABŞ HHQ-nin hücumlarını pisləyərək qeyd ediblər ki, Qəndahar və Gilmənddəki hücumlar nəticəsində təkcə yaraqlılar deyil, dinc əhali də həlak olub. Taliban* "öz ərazisini qətiyyətlə qorumaq" və müharibənin davam edəcəyi təqdirdə hücum əməliyyatlarını genişləndirmək niyyətindədir.

Hələlik isə, müharibənin sona çatacağına dəlalət edən heç bir şey yoxdur. Fəal hərbi əməliyyatlar Nəngərhar, Paktika, Loqar, Qəzni, Qəndəhar, Herat, Bəlx, Cauzdan, Səməngan, Səri-Pul, Gilmənd, Bədəxşan, Gündüz və Bəğlan vilayətlərində hərbi əməliyyatlar qeydə alınıb. Əfqanıstan hökuməti yaraqlıların gecə saatlarında hərəkətinin qarşısını almaq üçün ölkənin 34 əyalətindən 31-də fövqəladə vəziyyət elan edib.

Bununla eyni zamanda isə Pakistan hərbi qulluqçuları sərbəst şəkildə Əfqanıstanın taliblərin nəzarətində olan həmsərhəd rayonlarında hərəkət edirlər, yəni Talibanla qarşılıqlı fəaliyyət göstərirlər. Şərqdəki Nəngərhar vilayətinin qubernatoru Ziya-ül-Xak Amarxeyl dünən bildirib ki, məhv edilmiş yaraqlılar arasında 39 nəfər pakistanlının cəsədi aşkar edilib. Bundan əvvəl Sputnik "tələbələr" hərəkatının inkişafında İslamabadın xüsusi rolu barədə xəbər verib

Mərkəzi Asiyaya zərbə

Taliblər nəzarət etdikləri əraziləri genişləndirirlər. Yerli əhaliyə qarşı terror həyata keçirir, təzəcə ələ keçirdikləri rayonlarda qadın və uşaqları öz qulları hesab edirlər. Dinc sakinlər yeni, sərt qanunlardan, zor gücünə nikahlardan, habelə yetkinliyə çatmamış şəxslərin "mücahid"lər sırasına cəlb edilməsindən ciddi şəkildə narahatdırlar.

Yaraqlılar ABŞ-la əməkdaşlıq etmiş "xainləri" axtarıb tapır, məhv edirlər. Bir müddət əvvəl Xost əyalətində taliblər heç bir istintaq və məhkəmə olmadan 32 yaşlı tərcüməçi Suxayl Pardisin başını kəsiblər. Təsadüfi deyil ki, 20 min nəfər əfqanıstanlı tərçüməçi ABŞ-a immiqrasiya vizası üçün ərizə ilə müraciət ediblər. “The Wall Street Journal” məcmuəsi iyulun 22-də Vaşinqtonun 35 min əfqan tərcüməçini və onların ailə üzvlərini ABŞ-ın Qətər və Küveytdəki hərbi bazalarında yerləşdirəcəyi barədə xəbər verib. Aşkar görünür ki, kollaborasionistlərin heç də hamısı vizalardan və ABŞ-ın "ərəb qonaqpərvərliyindən" yararlana bilməyəcəklər.

Bir qədər əvvəl Əfqanıstan Prezidenti Əşrəf Qəni bildirib ki, taliblər Əl-Qaidə*, Pakistanın Cəiş-e-Muhamməd*, Ləşkər-e-Teybə* qruplaşmaları ilə sıx əlaqədədirlər və ölkəni terrorçular üçün sığınacağa çevirmək niyyətindədirlər. Rusiyanın Xarici İşlər Nazirliyi də bu qənaətdədir.

Həqiqətən də Əfqanıstanda təqribən otuz müxtəlif terrorçu qruplaşma, o cümlədən 10 min nəfər İslam Dövləti* yaraqlısı fəaliyyət göstərir. Əl-Qaidə* üzvləri isə ölkənin 15 vilayətində var. Bu cür "dəhşətli qatışıq" dinc əhaliyə, Kabildə kimin - hazırkı hökumətin və yaxud fərziyyə olaraq taliblərin hakimiyyətdə olmasından asılı olmayaraq uzunmüddətli hərbi turbulentlik vəd edir. Əfqanıstanda beynəlxalq terrorçuluq sadə şəkildə yoxa çıxmayacaq.

Əfqanıstan qaçqınlarının artan axını böyük potensiala malikdir. Xatırladım ki, 1996-2001-ci illərdə mövcud olmuş "əmirlik" dövründə taliblərin nəzarətində olmayan Pəncşer əyalətində "işğal olunmuş" mərkəzi və cənub rayonlarından 500 min nəfərə qədər qaçqın var idi. Bu insanlar faktiki olaraq aclıq çəkirdilər, yeməkləri və suları çatmırdı, lakin taliblərin hakimiyyəti bundan daha da pis idi. Əgər sabah "İslam əmirliyinin" doğma torpaqlardan sıxışdırıb çıxardığı yüz minlərlə əfqan Mərkəzi Asiyada peyda olsa, həmsərhəd Tacikistan, Özbəkistan və Türkmənistanda humanitar böhran çox qorxulu bir gerçəkliyə çevriləcək.

Tacikistanın fövqəladə hallar üzrə komitə rəhbərinin müavini Emomali İbroximzoda cümə günü bildirib ki, respublika 100 min nəfər əfqanıstanlı qaçqını qəbul edərək ölkənin Müdafiə Nazirliyinin poliqonlarında yerləşdirməyə hazırdır. Bu rəqəm kifayət qədər realdır, lakin son rəqəmlər deyil və 2021-ci ilin sonuna qədər bundan on dəfə artıq ola və Mərkəzi Asiyanın bütün ölkələrinə zərbə vura bilər. Bu cür problemin həlli variantları əvvəlcədən və birlikdə işlənib hazırlanmalıdır.

Pazı pazla çıxarırlar

Taliblər həmsərhəd ölkələrin sərhədlərini pozmamağa söz veriblər, lakin Əfqanıstanın şimalında hərbi əməliyyatlar öz qanunları ilə inkişaf edir və bütün bunlara baxmayaraq Mərkəzi Asiyanın ərazisinə "sürünüb keçir". Ona görə də Rusiya və onun müttəfiqləri buna qarşı bir sıra hərbi tədbirlər görürlər. Taliban dəstələrinin, elə digər terrorçu qruplaşmaların da ən yaxşı başa düşdükləri dil ağır artilleriya dilidir.

Mərkəzi Asiya ölkələri və Rusiyanın Əfqanıstan sərhədi yaxınlığındakı birgə hərbi təlimləri – hadisələrin qarşısının alınması üçün tədbirdir və bu ölkədə hadisələrin ən neqativ ssenari ilə inkişaf etməsi ehtimalı nəzərə alınaraq regional sabitliyin qorunmasına yönəlib.

Avqust-sentyabr aylarında Rusiya Silahlı Qüvvələrinin xüsusi birləşmələri Özbəkistan, Tacikistan və Qırğızıstan qoşunları ilə birlikdə 9 birgə manevr keçirəcəklər. Bu təlimlər miqyasına görə 2021-ci ilin aprelində bir neçə diviziya və briqadanın Ukrayna sərhədləri yaxınlığına köçürülməsi ilə müqayisə oluna bilər. Yəni, söhbət on minlərlə hərbi qulluqçu və yüzlərlə hərbi texnikadan gedir.

Rusiya və Tacikistanın müdafiə nazirləri Sergey Şoyqu və Şerali Mirzo iyulun 24-də Tacikistan-Əfqanıstan sərhədində vəziyyəti və təhlükələrin qarşısının alınması üçün birgə tədbirləri müzakirə ediblər. İyulun 23-dən etibarən Daşkənd müstəqil şəkildə nizami ordu və ehtiyatdan çağırılmış 230 minlik şəxsi heyətin iştirakı ilə Cənub istiqamətində təlimlər keçirir. Rusiyanın Tacikistandakı 201-ci bazasının bölmələri planlı və plandan kənar manevrlərlə bağlı tapşırıqları həll edirlər.

Rusiya-Özbəkistan birgə qruplaşması iyulun 30-dan avqustun 10-a qədər Özbəkistanın Əfqanıstanla həmsərhəd olan Surxandərya vilayəti ərazisində "Mərkəzi Asiya regionu dövlətlərinin ərazi bütövlüyünün qorunması" tapşırığını məşq edəcək. Rusiyanı bu təlimlərdə Sibir xüsusi təyinatlı briqadası, sülhməramlı birləşmələr, habelə Rusiyanın Qırğızıstandakı hərbi hava bazasının Su-25SM qırıcıları təmsil edəcəklər.

Rusiya, Özbəkistan və Tacikistanın qoşunları demək olar ki sinxron şəkildə 5-10 avqust tarixlərində demək olar ki sinxron şəkildə Tacikistanın cənubundakı Xatlon vilayəti ərazisində yerləşən Harb-Maydon poliqonunda antiterror əməliyyatının elementlərini məşq edəcəklər. Bu təlimlərdə Rusiyanı 201-ci hərbi bazanın zirehli texnika ilə gücləndirilmiş, həmçinin Suriyada döyüş təcrübəsi olan bölmələri (yalnız müqavilə əsasında qulluq edən peşəkarlar) təmsil edəcəklər. Beləliklə, iki respublikanın qonşu vilayətləri ərazisində iri, çoxmillətli qruplaşması qarşılıqlı surətdə və vahid cəbhə ilə çıxış edəcəklər.

Taliban*, Əl-Qaidə*, İD* və digər terrorçu qruplaşmaların Mərkəzi Asiya ölkələrinin ərazisinə soxulacağı təqdirdə də analoji hərbi əməliyyat keçiriləcək.

* – Rusiya Federasiyasında qadağan olunmuş terrorçu təşkilat.

Xəbər lenti
0