https://sputnik.az/20210812/tehran-43-qalmaqali-sefirin-paylashdiqi-foto-niye-narazlqa-sebeboldu-427682167.html
"Tehran-43" qalmaqalı - səfirin paylaşdığı foto niyə narazılığa səbəb oldu
"Tehran-43" qalmaqalı - səfirin paylaşdığı foto niyə narazılığa səbəb oldu
Sputnik Azərbaycan
İranın xarici işlər naziri Zərif fotonu "tamamilə yersiz" adlandırıb, parlamentin sədri Qalibaf isə bildirib ki, əgər hər iki ölkənin səfiri üzr istəməsə, bu... 12.08.2021, Sputnik Azərbaycan
2021-08-12T20:01+0400
2021-08-12T20:01+0400
2021-11-16T20:28+0400
xəbərlər
iran
böyük britaniya
twitter
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425909003_0:0:3237:1822_1920x0_80_0_0_fe6b09f32744232c684f22d9d40aafbe.jpg
BAKI, 12 avqust — Sputnik. Rusiya Federasiyasının Tehrandakı səfiri Levan Caqaryan foto qalmaqalı ilə əlaqədar çümə axşamı günü İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb."Bu gün Rusiya Federasiyasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Levan Caqaryan Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerkliflə birgə çəkdirdiyi və İran ictimaiyyətində birmənalı reaksiya doğurmayan fotoya görə İran XİN-ə çağırılıb", – deyə səfirlikdən RİA Novosti-yə daxil olan məlumatda bildirilir."Dostluq atmosferində keçən söhbətdə İran tərəfinə artıq səfirliyin sosial hesablarında yayımlanmış bütün lazımı açıqlamalar verilib. Səfir baş vermiş anlaşılmazlıqla əlaqədar təəssüfünü ifadə edib", – deyə diplomatik missiyadan qeyd olunub.Bir qədər bundan əvvəl Rusiyanın İrandakı səfirliyi bildirmişdi ki, səfir Levan Caqaryan Britaniyanın Tehrandakı yeni səfiri Saymon Şerkliflə görüşüb. Səfirliyin "Twitter"də paylaşdığı məlumata görə, görüş 1943-cü ildə məşhur Tehran konfransının keçirildiyi tarixi pilləkənlərdə baş tutub.Bu hadisə İran siyasətçiləri arasında narazılıq dalğasına səbəb olub. Xüsusən də, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif fotonu "tamamilə yersiz" adlandırıb. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə bildirib ki, əgər hər iki ölkənin səfiri üzr istəməsə, bu məsələyə "qətiyyətli diplomatik cavab verilməlidir".Daha sonra Rusiya səfirliyi İranın heç də birmənalı olmayan reaksiyalarının fonunda bəyan edib ki, foto "anti-İran" xarakteri daşımır. Diplomatik missiyadan o da qeyd olunub ki, səfirlik dost İran xalqının hisslərini alçatmaq fikrində deyil və bu fotonun yeganə məqsədi II Dünya müharibəsi zamanı müttəfiq dövlətlərin nasizm əleyhinə mübarizədə birgə səylərini bir daha vurğulamaq olub.Qeyd edək ki, Tehran xarici qoşunların ərazisinə daxil olduğu sözügedən tarixi dövrə ağrılı yanaşır. İkinci Dünya Müharibəsi dövründə İran ərazisində sovet və ingilis hərbi qüvvələrinin mövcudluğu müttəfiq ölkələrin İranın nasist Almaniyası ilə əlaqə yaratması qorxusu ilə bağlı idi və bu səbəbdən də 1941-ci ilin avqust-sentyabr aylarında onlar öz qoşunlarını İrana göndərərək ölkənin müxtəlif ərazilərinə nəzarət etməyə başlamışdılar.Eləcə də oxuyun:Deputat: "İran Qarabağa silah daşıyıb, erməni separatçıları Azərbaycana qarşı dəstəkləyir"Azərbaycan İrana nota verdi
iran
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425909003_385:0:3116:2048_1920x0_80_0_0_ae8c0b4c31a225e2fcf18bab0e9677c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, iran, böyük britaniya, twitter, dünya
xəbərlər, iran, böyük britaniya, twitter, dünya
"Tehran-43" qalmaqalı - səfirin paylaşdığı foto niyə narazılığa səbəb oldu
20:01 12.08.2021 (Yenilənib: 20:28 16.11.2021) İranın xarici işlər naziri Zərif fotonu "tamamilə yersiz" adlandırıb, parlamentin sədri Qalibaf isə bildirib ki, əgər hər iki ölkənin səfiri üzr istəməsə, bu məsələyə "qətiyyətli diplomatik cavab verilməlidir".
BAKI, 12 avqust — Sputnik. Rusiya Federasiyasının Tehrandakı səfiri Levan Caqaryan foto qalmaqalı ilə əlaqədar çümə axşamı günü İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan bu barədə
RİA Novosti-yə istinadla məlumat yayıb.
"Bu gün Rusiya Federasiyasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Levan Caqaryan Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerkliflə birgə çəkdirdiyi və İran ictimaiyyətində birmənalı reaksiya doğurmayan fotoya görə İran XİN-ə çağırılıb", – deyə səfirlikdən RİA Novosti-yə daxil olan məlumatda bildirilir.
"Dostluq atmosferində keçən söhbətdə İran tərəfinə artıq səfirliyin sosial hesablarında yayımlanmış bütün lazımı açıqlamalar verilib. Səfir baş vermiş anlaşılmazlıqla əlaqədar təəssüfünü ifadə edib", – deyə diplomatik missiyadan qeyd olunub.
Bir qədər bundan əvvəl Rusiyanın İrandakı səfirliyi bildirmişdi ki, səfir Levan Caqaryan Britaniyanın Tehrandakı yeni səfiri Saymon Şerkliflə görüşüb. Səfirliyin "Twitter"də paylaşdığı məlumata görə, görüş 1943-cü ildə məşhur Tehran konfransının keçirildiyi tarixi pilləkənlərdə baş tutub.
Bu hadisə İran siyasətçiləri arasında narazılıq dalğasına səbəb olub. Xüsusən də, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif fotonu "tamamilə yersiz" adlandırıb. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə bildirib ki, əgər hər iki ölkənin səfiri üzr istəməsə, bu məsələyə "qətiyyətli diplomatik cavab verilməlidir".
Daha sonra Rusiya səfirliyi İranın heç də birmənalı olmayan reaksiyalarının fonunda bəyan edib ki, foto "anti-İran" xarakteri daşımır. Diplomatik missiyadan o da qeyd olunub ki, səfirlik dost İran xalqının hisslərini alçatmaq fikrində deyil və bu fotonun yeganə məqsədi II Dünya müharibəsi zamanı müttəfiq dövlətlərin nasizm əleyhinə mübarizədə birgə səylərini bir daha vurğulamaq olub.
Qeyd edək ki, Tehran xarici qoşunların ərazisinə daxil olduğu sözügedən tarixi dövrə ağrılı yanaşır. İkinci Dünya Müharibəsi dövründə İran ərazisində sovet və ingilis hərbi qüvvələrinin mövcudluğu müttəfiq ölkələrin İranın nasist Almaniyası ilə əlaqə yaratması qorxusu ilə bağlı idi və bu səbəbdən də 1941-ci ilin avqust-sentyabr aylarında onlar öz qoşunlarını İrana göndərərək ölkənin müxtəlif ərazilərinə nəzarət etməyə başlamışdılar.
Deputat: "
İran Qarabağa silah daşıyıb, erməni separatçıları Azərbaycana qarşı dəstəkləyir"