https://sputnik.az/20210811/Deputat-ran-Qarabaa-silah-dayb-ermni-separatlar-Azrbaycana-qar-dstklyir-427677112.html
Deputat: "İran Qarabağa silah daşıyıb, erməni separatçıları Azərbaycana qarşı dəstəkləyir"
Deputat: "İran Qarabağa silah daşıyıb, erməni separatçıları Azərbaycana qarşı dəstəkləyir"
Sputnik Azərbaycan
Deputatlar Asim Mollazadə və Aydın Mirzəzadə XİN-in İrana nota verməsini şərh edərkən bildiriblər ki, Tehran Azərbaycan əleyhinə yönələn hərəkətlərinin... 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T22:00+0400
2021-08-11T22:00+0400
2021-08-11T22:12+0400
xəbərlər
siyasət
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/06/425131590_0:120:1280:840_1920x0_80_0_0_babb112f8ec1aebb2d13aa7061342a0c.jpg
BAKI, 11 avqust — Sputnik. İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub.Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub: "Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb".Görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanın İrana nota verməsinin kifayət qədər əsası var. İran tərəfindən müəyyən maşınlar Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazisinə rəsmi Bakının icazəsi olmadan daxil olurlar. Bu, bir çox suallar yaradır. Ən əsası isə İran maşınları tərəfindən Azərbaycanın ərazi bütövlüyü pozulur. Azərbaycan diqqəti bu məsələyə yönəltməklə İranı daha prinsipial və qəti mövqe nümayiş etdirməyə çağırır.Deputat bildirib ki, İranın son dövrlərdə verdiyi bəyanatlarla İran maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olması ziddiyyət təşkil edir. Belə ki, İran verdiyi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Vətən müharibəsinin ədalətli müharibə olduğunu bildirib. Azərbaycan bu məsələdə İran hakimiyyət orqanlarının araşdırma aparmasını, bunu edən şirkətlərə qarşı qəti tədbirlərin görülməsini gözləyir.Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycanın bu notası sadəcə sözlər və yaxud da fərziyyələr deyil. Cənab Prezident son çıxışlarının birində Azərbaycana daxil olan yüklərin və texnikanın nə qədər və haradan gəldiyi barəsində gündəlik monitorinq aparıldığını, Azərbaycanın məlumatlı olduğunu bildirib."Azərbaycanın verdiyi notaya qarşı İran ciddi yanaşmalı, ciddi mövqe nümayiş etdirməli, Azərbaycan tərəfinin narahatçılığına son qoymalıdır. Biz İran tərəfindən bu hadisələrlə bağlı ciddi cavab gözləyirik və ümid edirik ki, bu, baş verəcək",- deyə o, əlavə edib.Millət vəkili Asim Mollazadə isə Sputnik Azərbaycan-a bildirib ki, İranın hərəkətlərində hansısa yenilik yoxdur və bu ölkə həmişə Azərbaycanın arxasından iş çevirməklə məşğuldur."Hətta müharibədən qabaq, yəni Azərbaycan əraziləri işğal ediləndə Qarabağ İranın yanacaqdolduran, qida gətirən maşınları ilə dolu idi. Qarabağda olanda mən bunu özüm görmüşəm. Müharibə zamanı biz görmüşük ki, İran üzərindən Ermənistana, Qarabağa silah da daşınıb. Yəni İranın hərəkətlərində hansısa yeni bir şey yoxdur. İran hər zaman etdiyini edir, separatçı terroristləri Azərbaycana qarşı dəstəkləyir. Düşünürəm ki, İran bu məsələdə öz siyasətində çox ciddi dəyişiklik etməlidir" - deyə Asim Mollazadə bildirib. "Dünyada çox ciddi qıcıq doğuran və öz siyasəti ilə bir sıra problemlər yaradan İran ən azı bölgədə, Azərbaycana yanaşmada normal qonşuluq münasibətləri formalaşdırmalıdır. İran beynəlxalq hüquq normalarına zidd hərəkət etməməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin notası da bunu onlara xatırladır", - deyə millət vəkili əlavə edib.Həmçinin oxuyun:* Azərbaycan İrana nota verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/06/425131590_0:0:1280:960_1920x0_80_0_0_6ceadba57822d0f02891cca7446eb86c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
Deputat: "İran Qarabağa silah daşıyıb, erməni separatçıları Azərbaycana qarşı dəstəkləyir"
22:00 11.08.2021 (Yenilənib: 22:12 11.08.2021) Deputatlar Asim Mollazadə və Aydın Mirzəzadə XİN-in İrana nota verməsini şərh edərkən bildiriblər ki, Tehran Azərbaycan əleyhinə yönələn hərəkətlərinin səbəbini izah etməlidir.
BAKI, 11 avqust — Sputnik. İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub.
Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub: "Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb".
Görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.
Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanın İrana nota verməsinin kifayət qədər əsası var. İran tərəfindən müəyyən maşınlar Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazisinə rəsmi Bakının icazəsi olmadan daxil olurlar. Bu, bir çox suallar yaradır. Ən əsası isə İran maşınları tərəfindən Azərbaycanın ərazi bütövlüyü pozulur. Azərbaycan diqqəti bu məsələyə yönəltməklə İranı daha prinsipial və qəti mövqe nümayiş etdirməyə çağırır.
Deputat bildirib ki, İranın son dövrlərdə verdiyi bəyanatlarla İran maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olması ziddiyyət təşkil edir. Belə ki, İran verdiyi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Vətən müharibəsinin ədalətli müharibə olduğunu bildirib. Azərbaycan bu məsələdə İran hakimiyyət orqanlarının araşdırma aparmasını, bunu edən şirkətlərə qarşı qəti tədbirlərin görülməsini gözləyir.
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycanın bu notası sadəcə sözlər və yaxud da fərziyyələr deyil. Cənab Prezident son çıxışlarının birində Azərbaycana daxil olan yüklərin və texnikanın nə qədər və haradan gəldiyi barəsində gündəlik monitorinq aparıldığını, Azərbaycanın məlumatlı olduğunu bildirib.
"Azərbaycanın verdiyi notaya qarşı İran ciddi yanaşmalı, ciddi mövqe nümayiş etdirməli, Azərbaycan tərəfinin narahatçılığına son qoymalıdır. Biz İran tərəfindən bu hadisələrlə bağlı ciddi cavab gözləyirik və ümid edirik ki, bu, baş verəcək",- deyə o, əlavə edib.
Millət vəkili Asim Mollazadə isə Sputnik Azərbaycan-a bildirib ki, İranın hərəkətlərində hansısa yenilik yoxdur və bu ölkə həmişə Azərbaycanın arxasından iş çevirməklə məşğuldur.
"Hətta müharibədən qabaq, yəni Azərbaycan əraziləri işğal ediləndə Qarabağ İranın yanacaqdolduran, qida gətirən maşınları ilə dolu idi. Qarabağda olanda mən bunu özüm görmüşəm. Müharibə zamanı biz görmüşük ki, İran üzərindən Ermənistana, Qarabağa silah da daşınıb. Yəni İranın hərəkətlərində hansısa yeni bir şey yoxdur. İran hər zaman etdiyini edir, separatçı terroristləri Azərbaycana qarşı dəstəkləyir. Düşünürəm ki, İran bu məsələdə öz siyasətində çox ciddi dəyişiklik etməlidir" - deyə Asim Mollazadə bildirib.
"Dünyada çox ciddi qıcıq doğuran və öz siyasəti ilə bir sıra problemlər yaradan İran ən azı bölgədə, Azərbaycana yanaşmada normal qonşuluq münasibətləri formalaşdırmalıdır. İran beynəlxalq hüquq normalarına zidd hərəkət etməməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin notası da bunu onlara xatırladır", - deyə millət vəkili əlavə edib.