CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ" pley-offda, "Neftçi" isə Avropa Liqasıyla vidalaşdı

© Sputnik / Murad OrujovМатч третьего квалификационного раунда Лиги Конференций между азербайджанским "Карабахом" и кипрским AEL
Матч третьего квалификационного раунда Лиги Конференций между азербайджанским Карабахом и кипрским AEL - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Abunə olmaq
Evdə Kipr AEL-inə minimal hesabla qalib gələn Ağdamın "Qarabağ" klubu pley-off mərhələsinə düşüb, "Neftçi" isə səfərdə keçirdiyi oyunda rəqib qapısına yol tapa bilməyib.
BAKI, 12 avqust - Sputnik. Bu gün Bakının "Neftçi" və Ağdamın "Qarabağ" klubları növbəti avrokubok matçlarına çıxıblar. 
Sputnik Azərbaycan bildirir ki, Ağdam təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu Bakıda keçirib.
"Qarabağ" pley-offa çıxmaq üçün Kipr təmsilçisi AEL-lə üz-üzə gəlib. 
 Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr) - 1:0
Qol: Kadi Borqes, 87
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:1
“Qarabağ” pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bakının "Neftçi" klubu isə Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyununda səfərdə Finlandiya HİK-i ilə qarşılaşıb. 
Bakıda 2:2 hesablı heç-heçə edən "ağ-qaralar" Avropa Liqasında qalmaq üçün qalib gəlməliydilər. Ancaq təəssüf ki, qapısında iki cavabsız qol görən Samir Abbasovun yetirmələri bu mövsüm Avroliqada çıxışlarını bitiriblər. Ancaq onlar bir həftə sonra yenidən avrokubok meydanlarında görünəcəklər. "Neftçi" hazırda "Qarabağ"ın da çıxışını davam etdirdiyi Konfrans Liqasında “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, pley-offun oyunları avqustun 19-da və 26-da keçiriləcək.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
20:00. HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) - 2:0
Qollar: Roope Riski, 46, 60 (pen.)
Baş hakim: Dəniz Aytekin (Almaniya)
Helsinki Futbol Stadionu
İlk oyun – 2:2.
Xəbər lenti
0