https://sputnik.az/20210812/Korotchenko-Yerevanin-beyanatlari-barede-427681871.html
Paşinyan yalandan sülhməramlı cildinə girib - Korotçenko
Paşinyan yalandan sülhməramlı cildinə girib - Korotçenko
Sputnik Azərbaycan
Hərbi ekspert erməni tərəfinə xatırladıb ki, Azərbaycan artıq bütün zəruri təklifləri Ermənistana edib. 12.08.2021, Sputnik Azərbaycan
2021-08-12T15:30+0400
2021-08-12T15:30+0400
2021-08-16T15:06+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426853744_0:0:3072:1728_1920x0_80_0_0_f151f7ca19f9d6197273b9c2d9e2961d.jpg
BAKI, 12 avqust — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan özünü sülhməramlı kii təqdim etmək istəyir. Bunu Sputnik Azərbaycan-a "Национальная оборона" (Milli müdafiə) jurnalının baş redaktoru İqor Korotçenko deyib.Korotçenko Paşinyanın sülh danışıqlarına hazırlığı barədə bəyanatlarını qeyri-səmimi hesab edir. Onun fikrincə, "bu, Ermənistan liderinin hansısa yolla təşəbbüsü öz əlinə almaq cəhdidir, lakin Yerevanın məqsədləri əvvəlkidir – erməni tərəfi hələ də Azərbaycan ərazisində qalıqları qalan qeyri-qanuni separatçı qurumu legitimləşdirmək istəyir"."Onun ATƏT-in Minsk Qrupuna cağırışları də buradan doğur. Hansı Minsk qrupu? Müharibə qurtarıb. Qondarma "DQR" barədə heç bir danışıq və heç bir status söhbəti prinsip etibarilə ola bilməz", - ekspert vurğulayıb.Yerevanın planları dəyişməyibSputnik Azərbaycan-ın həmsöhbəti əmindir ki, Paşinyanın bəyanatı gözə kül üfürməkdir: Yerevanın əvvəlki qəsbkarlıq planları dəyişməyib, sadəcə indi onları carii hərbi-siyasi vəziyytə uyğunlaşdırırlar.O deyir ki, Paşinyan üçtərəfli bəyannaməsini yerinə yetirmək istəmir, Ermənistanın siyasi mövqelərini möhkəmlətmək üçün KTMT-ni prosesə çəkmək istəyir: "Lakin bu qeyri-kafi vasitələrlə edilən cəhddir. KTMT-nin baş katibi Stanislav Zas aydın şəkildə bəyan etdi ki, Ermənistan-Azərbaycan sərhədində baş verənlər adi sərhəd münaqişəsidir və onun siyasi həllini axtarmaq lazımdır"."Lakin Paşinyan sərhədin delimitasiyası və demarkasiyası prosesini, Zəngəzur nəqliyyat dəhlizi layihəsinin reallaşmasını istəmir. Lakin ən əsası, o indiyədək üçtərəfli bəyanatların çərçivəsində üzərinə götürdüyü baza öhdəliklərini yerinə yetirməyib: söhbət bütün qeyri-qanuni erməni birləşmələrinin Rusiya sülhməramlılarının yerləşdiyi zonadan çıxarılmasından gedir", - ekspert qeyd edib. Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, "orada təxribat-terrorçu potensial əvvəlki kimi qalmaqdadır, ondan əlavə, erməni silahlıları həm də rusiyalı sühməramlıları zərbə altına qoymaq üçün təxribatlar törədə və bununla Rusiya kartını artıq öz tərəflərində oynada bilərlər"."Ona görə də mən Paşinyanın bəyanatlarına etibar etməzdim. O təcrübəli bic siyasi dəllaldır", - o qeyd edib."Qoy otursun və imzalasın""Paşinyan deyəndə ki, hansısa təkliflər gözləyir, o nəyə görəsə unudur ki, Bakı bütün zəruri təklifləri artıq Yerevana edib. Söhbət sülh müqaviləsini bağlamaq, bir-birinin ərazi bütövlüyünü tanımaq, sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaqdan gedir. Ermənistana daha nə lazımdır? O nədən belə narahatdır? Azərbaycanla sülh müqaviləsi bütün problemlərə son qoyacaq və bölgədəki vəziyyəti tamamilə yeni inkişaf mərhələsinə keçirəcək" - Korotçenko xatırladıb.Onun sölərinə görə, praktikada isə məsələ belədir ki, Yerevan Bakının təkliflərinə yeni hərbi təxribatlar seriyası ilə cavab verdi və bundan sonra Paşinyan sülhməramlı donuna girərək hansısa təkliflər gözlədiyini deyir."Ona sülh müqaviləsi imzalamaq təklifi ən azından üç dəfə edilib. Başqa nə lazımdır? Qoy otursun və imzalasın. Amma o bunu etmək istəmir", - ekspert yekunlaşdırıb.Paşinyanın bəyanatıErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ üzrə danışıqlar aparmaq və regional vəziyyəti nizamlamaq üçün görüşməyə hazır olduğunu bildirib. Bu barədə Sputnik Azərbaycan İnterfaksa istinadən xəbər verir."Yerevan regional kommunikasiyaların açılması üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır", - o bəyan edib.Hökumətin iclasının gedişində Paşinyan deyib ki, Ermənistan Azərbaycanla danışıqlar prosesinə yüksək və ali səviyyədə qoşulmağa hazırdır. Baş nazir qeyd edib ki, Ermənistan tərəfi konkret təkliflər gözləyir.Həmçinin oxuyun:Paşinyan İlham Əliyevlə danışıqlara hazır olduğuni bildiribQarabağla bağlı üçtərəfli bəyanatların bəzi müddəalarının icrası gecikir - Ceyhun Bayramov
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426853744_343:0:3072:2047_1920x0_80_0_0_f29eac4e6e78366988a93d2ae2d34ebe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Paşinyan yalandan sülhməramlı cildinə girib - Korotçenko
15:30 12.08.2021 (Yenilənib: 15:06 16.08.2021) Hərbi ekspert erməni tərəfinə xatırladıb ki, Azərbaycan artıq bütün zəruri təklifləri Ermənistana edib.
BAKI, 12 avqust — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan özünü sülhməramlı kii təqdim etmək istəyir. Bunu Sputnik Azərbaycan-a "Национальная оборона" (Milli müdafiə) jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Korotçenko Paşinyanın sülh danışıqlarına hazırlığı barədə bəyanatlarını qeyri-səmimi hesab edir. Onun fikrincə, "bu, Ermənistan liderinin hansısa yolla təşəbbüsü öz əlinə almaq cəhdidir, lakin Yerevanın məqsədləri əvvəlkidir – erməni tərəfi hələ də Azərbaycan ərazisində qalıqları qalan qeyri-qanuni separatçı qurumu legitimləşdirmək istəyir".
"Onun ATƏT-in Minsk Qrupuna cağırışları də buradan doğur. Hansı Minsk qrupu? Müharibə qurtarıb. Qondarma "DQR" barədə heç bir danışıq və heç bir status söhbəti prinsip etibarilə ola bilməz", - ekspert vurğulayıb.
Yerevanın planları dəyişməyib
Sputnik Azərbaycan-ın həmsöhbəti əmindir ki, Paşinyanın bəyanatı gözə kül üfürməkdir: Yerevanın əvvəlki qəsbkarlıq planları dəyişməyib, sadəcə indi onları carii hərbi-siyasi vəziyytə uyğunlaşdırırlar.
O deyir ki, Paşinyan üçtərəfli bəyannaməsini yerinə yetirmək istəmir, Ermənistanın siyasi mövqelərini möhkəmlətmək üçün KTMT-ni prosesə çəkmək istəyir: "Lakin bu qeyri-kafi vasitələrlə edilən cəhddir. KTMT-nin baş katibi Stanislav Zas aydın şəkildə bəyan etdi ki, Ermənistan-Azərbaycan sərhədində baş verənlər adi sərhəd münaqişəsidir və onun siyasi həllini axtarmaq lazımdır".
"Lakin Paşinyan sərhədin delimitasiyası və demarkasiyası prosesini, Zəngəzur nəqliyyat dəhlizi layihəsinin reallaşmasını istəmir. Lakin ən əsası, o indiyədək üçtərəfli bəyanatların çərçivəsində üzərinə götürdüyü baza öhdəliklərini yerinə yetirməyib: söhbət bütün qeyri-qanuni erməni birləşmələrinin Rusiya sülhməramlılarının yerləşdiyi zonadan çıxarılmasından gedir", - ekspert qeyd edib.
Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, "orada təxribat-terrorçu potensial əvvəlki kimi qalmaqdadır, ondan əlavə, erməni silahlıları həm də rusiyalı sühməramlıları zərbə altına qoymaq üçün təxribatlar törədə və bununla Rusiya kartını artıq öz tərəflərində oynada bilərlər".
"Ona görə də mən Paşinyanın bəyanatlarına etibar etməzdim. O təcrübəli bic siyasi dəllaldır", - o qeyd edib.
"Qoy otursun və imzalasın"
"Paşinyan deyəndə ki, hansısa təkliflər gözləyir, o nəyə görəsə unudur ki, Bakı bütün zəruri təklifləri artıq Yerevana edib. Söhbət sülh müqaviləsini bağlamaq, bir-birinin ərazi bütövlüyünü tanımaq, sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaqdan gedir. Ermənistana daha nə lazımdır? O nədən belə narahatdır? Azərbaycanla sülh müqaviləsi bütün problemlərə son qoyacaq və bölgədəki vəziyyəti tamamilə yeni inkişaf mərhələsinə keçirəcək" - Korotçenko xatırladıb.
Onun sölərinə görə, praktikada isə məsələ belədir ki, Yerevan Bakının təkliflərinə yeni hərbi təxribatlar seriyası ilə cavab verdi və bundan sonra Paşinyan sülhməramlı donuna girərək hansısa təkliflər gözlədiyini deyir.
"Ona sülh müqaviləsi imzalamaq təklifi ən azından üç dəfə edilib. Başqa nə lazımdır? Qoy otursun və imzalasın. Amma o bunu etmək istəmir", - ekspert yekunlaşdırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ üzrə danışıqlar aparmaq və regional vəziyyəti nizamlamaq üçün görüşməyə hazır olduğunu bildirib. Bu barədə Sputnik Azərbaycan İnterfaksa istinadən xəbər verir.
"Yerevan regional kommunikasiyaların açılması üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır", - o bəyan edib.
Hökumətin iclasının gedişində Paşinyan deyib ki, Ermənistan Azərbaycanla danışıqlar prosesinə yüksək və ali səviyyədə qoşulmağa hazırdır. Baş nazir qeyd edib ki, Ermənistan tərəfi konkret təkliflər gözləyir.