https://sputnik.az/20210812/DIN-Pandemiya-vaxti-cinayet-mesuliyytine-celb-edilen-ve-hebs-olunanlarin-sayini-achiqladi-427680832.html
DİN Pandemiya vaxtı cinayət məsuliyyətinə cəlb edilən və həbs olunanların sayını açıqladı
DİN Pandemiya vaxtı cinayət məsuliyyətinə cəlb edilən və həbs olunanların sayını açıqladı
Sputnik Azərbaycan
Həmin epizodlar üzrə məhkəmələr tərəfindən 40 nəfər barəsində həbs, 54 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 460 nəfər haqda digər qətimkan... 12.08.2021, Sputnik Azərbaycan
2021-08-12T15:54+0400
2021-08-12T15:54+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
hadisə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_0:159:3079:1890_1920x0_80_0_0_f127e443b758ef4fa2080fef066d15c1.jpg
BAKI, 12 avqust — Sputnik. Ölkədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimlərinin pozulması ilə bağlı nəzarət-profilaktiki tədbirlər diqqət mərkəzində saxlanılır. DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir ki, daxili işlər orqanları tərəfindən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə, ötən ilin martından bu günə qədər 1030 cinayət (Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) işi üzrə 554 nəfər cinayət məsuliyyətinə cəlb edilib.Həmin işlər üzrə məhkəmələr tərəfindən 40 nəfər barəsində həbs, 54 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 460 nəfər haqda digər qətimkan tədbiri seçilib.Vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına hər bir şəxs ciddi əməl edərək, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.Tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirləri davam etdirilir.Həmçinin oxuyun:Polis idarəsinin rəisi toya görə vəzifədən azad edildiŞadlıq sarayının inzibatçısı həbs edilib - saxlanılanlar var
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_173:0:2904:2048_1920x0_80_0_0_f4793629317cb388c3ced8c0ec0ed25a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
DİN Pandemiya vaxtı cinayət məsuliyyətinə cəlb edilən və həbs olunanların sayını açıqladı
15:54 12.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Həmin epizodlar üzrə məhkəmələr tərəfindən 40 nəfər barəsində həbs, 54 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 460 nəfər haqda digər qətimkan tədbiri seçilib.
BAKI, 12 avqust — Sputnik. Ölkədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimlərinin pozulması ilə bağlı nəzarət-profilaktiki tədbirlər diqqət mərkəzində saxlanılır.
DİN-in Mətbuat Xidmətindən
Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir ki, daxili işlər orqanları tərəfindən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə, ötən ilin martından bu günə qədər 1030 cinayət (Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) işi üzrə 554 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Həmin işlər üzrə məhkəmələr tərəfindən 40 nəfər barəsində həbs, 54 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 460 nəfər haqda digər qətimkan tədbiri seçilib.
Vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına hər bir şəxs ciddi əməl edərək, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.
Tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirləri davam etdirilir.