https://sputnik.az/20210811/polis-isden-azadetme-427672630.html
Polis idarəsinin rəisi toya görə vəzifədən azad edildi
Polis idarəsinin rəisi toya görə vəzifədən azad edildi
Sputnik Azərbaycan
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb. 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T13:06+0400
2021-08-11T13:06+0400
2021-11-17T00:00+0400
xəbərlər
azərbaycanda toylar
cəmiyyət
hadisə
toy
polis rəisi
karantin
cəlilabad
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40962/38/409623853_0:21:1500:865_1920x0_80_0_0_00847bd8be222452fd9e74f830e34ddd.jpg
BAKI, 11 avqust — Sputnik. Cəlilabad rayon Polis İdarəsinin rəisi, polis polkovniki Mübariz Quliyev rayonda karantin qaydalarının pozulmasına görə vəzifədən azad edilib.Sputnik Azərbaycan Qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün öncə rayonda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması aşkarlanıb.DİN rəhbərliyinin tapşırığı ilə aparılan araşdırma zamanı həmin şadlıq sarayının sahibi ilə polis rəisinin yaxın münasibətlərinin olduğu müəyyən edilib. Məhz buna görə də M.Quliyevin karantin rejiminin pozulmasına göz yumduğu bildirilir.Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etdiyi, polis adına yaraşmayan hərəkətlərə yol verdiyi üçün işdən çıxarılıb.Eləcə də oxuyun:Şadlıq sarayının inzibatçısı həbs edilib - saxlanılanlar varToya gedən yüzlərlə adam qapı arxasında qaldıHər toy haqda qəzetlərdə yazmırlar, onlar isə bunu bacardılar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40962/38/409623853_160:0:1341:886_1920x0_80_0_0_0980a5640cb7fa1884db7156ff1f0759.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycanda toylar, toy, polis rəisi, karantin, cəlilabad, azərbaycan
xəbərlər, azərbaycanda toylar, toy, polis rəisi, karantin, cəlilabad, azərbaycan
Polis idarəsinin rəisi toya görə vəzifədən azad edildi
13:06 11.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.
BAKI, 11 avqust — Sputnik. Cəlilabad rayon Polis İdarəsinin rəisi, polis polkovniki Mübariz Quliyev rayonda karantin qaydalarının pozulmasına görə vəzifədən azad edilib.
Sputnik Azərbaycan Qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün öncə rayonda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması aşkarlanıb.
DİN rəhbərliyinin tapşırığı ilə aparılan araşdırma zamanı həmin şadlıq sarayının sahibi ilə polis rəisinin yaxın münasibətlərinin olduğu müəyyən edilib. Məhz buna görə də M.Quliyevin karantin rejiminin pozulmasına göz yumduğu bildirilir.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etdiyi, polis adına yaraşmayan hərəkətlərə yol verdiyi üçün işdən çıxarılıb.