CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anadolu Universitetinin Bakı filialının diplomlar niyə tanınmır?

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Abunə olmaq
"Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarına görə, dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələri fəaliyyət göstərə bilmək üçün müvafiq lisenziya almalıdırlar.
BAKI, 12 avqust — Sputnik. Təhsil Nazirliyi Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmamasının səbəblərini açıqlayıb. Sputnik Azərbaycan Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Anadolu Universitetinin Bakı filialı İqtisadiyyat Nazirliyindən lisenziya almayıb.
"Eyni zamanda bildiririk ki, Türkiyənin Anadolu Universiteti həmin ölkənin təhsil sahəsində səlahiyyətli qurum tərəfindən akkreditə olunmuş ali təhsil müəssisələrindən hesab olunur", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarına əsasən, dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələri (xarici hüquqi şəxsin filialı və nümayəndəliyi daxil olmaqla) fəaliyyət göstərə bilmək üçün müvafiq lisenziya almalıdırlar.
Xatırladaq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu müraciətlər arasında Anadolu Universitetinin də adı var.
Eləcə də oxuyun:
Universitetlərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyat müddəti uzadılıb
Azərbaycanda diplomu tanınmayan xarici universitet filiallarının adları açıqlanıb
Diplomu tanınmayanlar: Kimi təhsil aldığı ölkədə olmayıb, kimi də tədris dilini bilmir
Xəbər lenti
0