Yenidoğulmuşlara ən çox qoyulan adlar - Polad adını əbədiləşdirənlərin də sayı artıb

© AP Photo / Fernando AntonioНоворожденный, фото из архива
Новорожденный, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
2020-ci ildə 193 yenidoğulmuşa Polad adı verilmişdisə, cari il ərzində isə hələlik ki, 172 yenidoğulmuşa Polad adı verilib.
BAKI, 11 avqust — Sputnik. Azərbaycanda bu il doğulan körpələrə ən çox qoyulan adlar məlum olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.
O bildirib ki, cari il ölkədə ən çox qoyulan oğlan adları Əli (831), Yusif (821), Uğur (797), Hüseyn (791), Məhəmməd (593), qız adları isə Zəhra (912), Zeynəb (701), Məryəm (646), Aylin (645), Mələk (617) olub.
Qeyd edək ki, son 5 ildə ölkədə ən çox qoyulan adlar sırasında da Yusif (10 735), Əli (10 639) və Zəhra (9 313) adarı üstünlük təşkil edib.
Ötən il 44 günlük Vətən Müharibəsində şəhid olanların əziz xatirələrini əbədiləşdirmək üçün övladını şəhidlərimizin, Milli Qəhrəmanlarımızın da adlarını verənlər oldu. Bu adlar sırasında general, Milli Qəhrəman Polad Həşimovun adı da üstünlük verilən adlardan biri oldu. Məhz bu səbəbdən də ötən il və cari ildə Polad adının yenidoğulmuş körpələrə verilməsində də nəzərə çarpacaq fərq oldu.
Belə ki, 2017-ci ildə 68 yenidoğulmuşa, 2018-ci ildə 55 yenidoğulmuşa, 2019-cu ildə 53 yenidoğulmuşa, 2020-ci ildə 193 yenidoğulmuşa Polad adı verilmişdisə, cari il ərzində isə hələlik ki, 172 yenidoğulmuşa Polad adı verilib. Ümumilikdə isə, son 5 ildə 541 yenidoğulmuşa Polad adı verilib.
Qeyd edək ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutur, Ordumuz düşmənin hücum cəhdinin qarşısını alır və geri oturdur. İyunun 12-dən 13-nə keçən gecə eyni məkanda gərgin anlar davam edir. Üçüncü Ordu Korpusunun qərargah rəisi Polad Həşimovun da qatıldığı gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilir. İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin yeddi hərbi qulluqçusu, o cümlədən Polad Həşimov şəhid olur
Həmçinin oxuyun:
Hərbi əməliyyatlar gedən müddətdə doğulan oğlanlara qoyulan adlar açıqlandı
Pandemiya dövrünün ən çox qoyulan adları da məlum oldu
Xəbər lenti
0