BAKI, 23 iyun — Sputnik. Bu il ərzində ən çox qoyulan adların sayı açqılanıb.
Sputnik Azərbaycan Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ilin 6 ayı ərzində ən çox qoyulan adlar sırasında oğlan adı kimi Yusif, qız adı kimi isə Zəhra adı üstünlük təşkil edib. Belə ki, bu günə olan son rəqəmlərə görə, 2020-ci ildə yeni doğulan 798 körpəyə Yusif, 785 körpəyə isə Zəhra adı qoyulub. Siyahıda sonrakı yerlərdə Əli, Hüseyn, Nuray, Zeynəb və Məryəm adları qərarlaşıb.