CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Universitetlərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyat müddəti uzadılıb

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Qeyd edək ki, bu gün saat 10:30-a qədər subbakalavların elektron ərizlərinin ümumi sayı 19655 olub. Təsdiq olunan elektron ərizələrin sayı isə 18925-dir.
 
BAKI, 11 avqust — Sputnik. Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyat müddəti uzadılıb. Sputnik Azərbaycan xəbər verir ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu iyulun 8-dən etibarən internet vasitəsilə aparılır və 10 avqust saat 23:59-dək davam etməli idi. Ancaq qeydiyyat müddəti 16 avqust saat 23:59-dək uzadılıb. 
Qeyd edək ki, bu gün saat 10:30-a qədər subbakalavların elektron ərizlərinin ümumi sayı 19655 olub. Təsdiq olunan elektron ərizələrin sayı isə 18925-dir.
Xatırladaq ki, subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Subbakalavrın elektron ərizəsi" formasını təsdiq edirlər.
Subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra "sms" xəbərdarlıq göndəriləcək. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
Xatırladaq ki, subbakalavr "Şəxsi kabinet"ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, "Şəxsi kabinet"dəki "Əlaqə məlumatları" bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir. "SMS" xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir. Qeyd olunan tarixədək ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Eləcə də oxuyun:
Magistraturaların boş qalan yerlərinə ixtisaslaşma seçimi başa çatır
Azərbaycanda diplomu tanınmayan xarici universitet filiallarının adları açıqlanıb
Xəbər lenti
0