CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Magistraturaların boş qalan yerlərinə ixtisaslaşma seçimi başa çatır

© AFP 2023 / STEPHANE DE SAKUTINСтуденты проверяют результаты, фото из архива
Студенты проверяют результаты, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
 
BAKI, 11 avqust — Sputnik. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başa çatır.
Sputnik Azərbaycan xəbər verir ki, ixtisaslaşma bu gün saat 23:59-dək davam edəcək. 11 avqust saat 09:15-ə olan məlumata əsasən, 2809 bakalavr (Azərbaycan bölməsi üzrə 2633, rus bölməsi üzrə 176) öz ərizəsini təsdiq edib.
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 11 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.
Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub.
Jurnalı aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək bank kartı vasitəsilə ödəniş etməklə "Magistr" jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.
Xəbər lenti
0