Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Taliblər taktikanı dəyişirlər: Kabil və Vaşintonun buna cavabı nə olacaq?

© AFP 2021 / NOORULLAH SHIRZADAБойцы движения Талибан, фото из архива
Бойцы движения Талибан, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Taliblər taktikanı dəyişir və şimal əyalətlərinin paytaxtlarını ələ keçirirlər: Kabil və Vaşintonun buna cavabı nə olacaq?
Taliblərin Əfqanıstanın şimal əyalətlərinin beş inzibati mərkəzini sürətlə ələ keçirməsi Mərkəzi Asiyanın həmsərhəd ölkələri üçün təhlükə yaradır, qaçqınların axınını artırır, iri miqyaslı humanitar fəlkətin başlanmasına rəvac verir.
Son üç gün ərzində - avqustun 8-dən 10-a qədər Taliban* ölkənin cənubi-qərbindəki Nimroz əyalətinin inzibati mərkəzindən əlavə şimaldakı Gündüz, Sari-Pul, Cauzcan, Səmanqan, Bəlx əyalətlərinin paytaxtlarını ələ keçirib. Taliblər tərəfindən “boynu vurulmuş” əyalətlər xəritədə bir qara ləkəkimi görünür. Həm də Cauzcan, Bəlx və Gündüz əyalətləri Türkmənistan, Özbəkistan və Tacikistanla həmsərhəddir.
Yayın başlanğıcından bəri Yaliban əyalətlərin əksəriyyətində hökumət qüvvələrini sıxışdırır, amma şimal əyalətlərində taliblərin uğurları paradoks təəssüratı yaradır. Belə ki, həmin əyalətlərdə mərkəz və cənubdakına nisbətən Talibanın mövqeləri hər zaman zəif olub.
Hərəkat ilk dəfə hakimiyyətə gəldiyi 1996-2001-ci illərdə ölkənin bir hissəsi “Şimal koalisiyası”nın səyləri ilə terroçulardan qorunurdu. Həmin vaxt Pəncşir dərəsində yüz minlərlə qaçqın vardı və onlar bir çox həyati vacib şeylərdən məhrum idilər (su və ərzaq çatmırdı). Lakin onlar yenə də Taliban-ın hakimiyyəti altında öz evlərində deyil, burada qalmağa üstünlük verirdilər. İndi isə qaçqınlar üçün nisbətən məhkəmləndirilmiş Kabil və qonşu ölkələrin ərazisi nisbətən təhlükəsiz olaraq qalır.
Hökumət qoşunları ilə ekstremistlər arasında qızğın döyüşlər 18 əyalətdə, o cümlədən Bədəxşan, Tahar, Gündüz, cauzcan, Herat, Gilmənd və Qəndaharda gedir. Yüz minlərlə insan həlak olur, 57 min ailə öz evini tərk edib. Qaçqınlar Kabildə etiraz aksiyaları keçirir, hökumət və BMT-dən yardım tələb edirlər. Əfqanıstan Maarif nazirliyinin məlumatına görə, döyüş əməliyyatlarının başlanması və taliblərin irəliləməsindən sonra bütün ölkə üzrə mdavimlərin 42%-i təhsildən kənarda qalıb. Bu isə gələcəkdə olacaq “İslam əmirliyinin” ancaq uzaqdan görünən üfüqləridir.
Vaşinqton tərəfindən təşkil olunmuş növbəti humanitar fəlakətdən narahat olan Pentaqon var gücü ilə kömək etməyə çalışır – B-52 strateji bombardmançılarını göndərir ki, onlar da böyük hündürlükdən taliblərin mövqelərini və yanaşı binaları bombalayırlar. Bu cür taktika son 20 il ərzində talibləri dəyişə bilməyib, ABŞ və NATO qoşunları çıxarıldıqdan sonra bu hava zrbələri artıq ümidsizliyin və siyasi gücsüzlüyün təzahürü kimi görünür.
Kimdir günahkar?
Vaşinqtonun Əfqanıstan məsələsində dəqiq fəaliyyət planı yoxdur. ABŞ hərbi hava qüvvələri əsasən taliblərə zərbələri əsasən uzaqda – Fars körfəsində yerləşən Əl-Ueyd hava bazasından endirirlər. Bunula yanaşı Pentqon eyham vuru ki, hakimiyyətin tezliklə süqutunda öz üstünlüklərini, masir silahları və sayca çoxluğu düzgün istifadə edə bilməyən Kabildəki “rəhbərliyin” özü günahkar olacaq. Amerikalılar üçün 19 il ərzində yerli reallıqları və mentaliteti nəzərə almadan Əfqanıstanda NATO standartlarına uyğun hərbi quruculuq işlərinin aparlmasının səmərəsiz olduğunu etiraf etmək çətindir. ABŞ-ın Defense Priorities analitik mərkəzinin direktoru Bencamin Fridmanın qənaətinə görə, “dövlət quruculuğu missiyası uğursuz olub, bu cür dövlət fundamenti üzərində döyüş qabiliyyətli silahlı qüvvələr qurmaq isə mümkün deyil”.
Taliblər əfqan şəhərlərini kompüter oyunlarındakı kimi ələ kemirirlər – tez və az itkilərlə.Onlar düşməndən qənimət aldıqları zirehli texnikanı və öz xüsusi təyinatlı qüvvələrini istifadə edirlər. Bu günlərdə Özbəkistan və türkmənistan yaxınlığında yerləşən, vaxtilə Talibanın əsas rəqiblərindən biri olan marşal Əbdül Rəşid Dustumun qərargahının yerləşdiyi Şəbərgan əyalət mərkəzi də tutulub.
BMT Təhlükəsizlik Şurası Əfqanıstanla bağlı təcili iclas keçirib, lakin taliblər buna heç məhəl də qoymayıblar. BMT Əfqanıstan missiyasının rəhbəri Debora layons xəbərdarlıq edib ki, şəhərləşmi bölgələrə hücumlar mülki hali arasında çoxsaylı qurbanlra gətirə bilər, ölkəni “bir-bir ilə bağlı olan faciəvi böhranlar” gözləyir, İslam Əmirliyinin bərpası isə ABŞ üçün məqbul deyil. Bunula yanaşı Vaşinqton və London öz vətəndaşlarını partlayış təhlükəsi olan Əfqanstanıdərhal tərk etməyə çağırıblar.
Geosiyasi cəhətdən Pentaqon hələ geri qayıda bilər, lakin reallıqda bunun üçün vəsait və zaman yoxdur. The New York Times məcmuəsi Ağ Evdəki yüksək mənsəbli mənbəyə istinadən bildirir ki, taliblərin hərbi uğurları prezident Co Baydenin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı planlarını dəyişməyib. Beləliklə, Vaşinqton öz asiyalı və avropalı müttəfiqlərini birdəfəlik taleyin və taliblərin ümidinə atır.
Nə etməli?
Uzun sürən müharibədən sonra ABŞ və NATO alibanı hücumdan və yaxın qələbədən imtina etməyə inandırmağaçalışırlar. Alyans rəsmisi avqustun 10-da bildirib: “Taliblər hücumları dayandırmalı və düzgün şəkildə sülh danışıqlarında iştirak etməlidirlər”. Şimali Atlantika alyansı bildirir ki, terrorçular silahlı mübarizəni dayandırmalıdırlar, əks təqdirdə beynəlxalq ictimaiyyət heç vaxt onların hakimiyyətini tanımayacaq.
Çox nadir və paradoksal bir sadəlöhvlükdür. Kabilin ikinci dəfə ələ kemirilməsinə lap az qalıb. Bunun ardınca beynəlxalq terrorizmin Əfqanıstan ərazisindən güc nümayişini Qərbi Avropa istiqamətinə yönəldəcəyi başa düşüləndir. Aydındır ki, narkotrafik də heç yerə itməyəcək.
Rusiya, Çin, Pakistan, ABŞ və Talibanın iştirakı ilə Doxada danışıqlar avqustun 10-da başlanıb. Bu danışıqların nə ilə bitəcəyini demək çətindir. Lakin Əfqanıstanda müharibə, sözsüz ki, davam edəcək. Danışıqlar aparmağa, legitim şəkildə hazırkı İslam respublikasının hakim dairələrinə daxil olmağa qadir olan, avtomatları əridərək kətmən hazırlayacaq “yaxşı taliblər” haqqında nağılları yalnız məsuliyyətsiz, uzağı görməyən, hansısa məqsəd güdən insanlar uydura bilər.
Hər ehtimala qarşı Rusiya, Özbəkistan, Tacikistan və Qırğızıstan Əfqanıstan sərhədi yaxınlığında xeyli canlı qüvvə, zirehli texnika və hücum aviasiyasının iştirakı ilə silsilə hərbi manevrlər keçirdilər. Bundan əlavə, Moskva Mərkəzi Asiya ölkələrinə silah satışını artırıb və onların milli silahlı qüvvələrinin təkmilləşdirilməsində fəal iştirak edir.
Rusiya Tacikistan ərazisindəki 201-ci hərbi bazasını xeyli gücləndirib, ora yeni zirehli texnika və uzaqvuran odsaçanlar gətirilib. Qoşunların daim döyüş hazırlığı vəiyyətindədir və bu, taliblərin konturları üfüqdə artıq kifayət qədər aydın görünən “İslam əmirliyi” ilə mümkün dialoqa ağıllı yanaşmadır.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала