Ceyhun Bayramov UNICEF-in yeni rəhbərinə erməni təcavüzünü anlatdı
18:15 10.08.2021 (Yenilənib: 18:17 10.08.2021)
© AR Ministry of Foreign Affairs Görüş
© AR Ministry of Foreign Affairs
Abunə olmaq
Nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticələrindən, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından danışıb.
BAKI, 10 avqust — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi qəbul edib. Aleks Haykens təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb.
Ceyhun Bayramov təyinatı münasibətilə Nümayəndəliyin yeni rəhbərini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən UNICEF ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb.
Ceyhun Bayramov, həmçinin nümayəndəliyin yeni rəhbərinin təcrübəsinin Azərbaycan və UNICEF arasında mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib.
Aleks Haykens öz növbəsində qəbula görə Ceyhun Bayramova təşəkkürünü ifadə edib və Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib.
© AR Ministry of Foreign Affairs Xarici işlər naziri Ceyhun Bayramov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens arasında görüş
Xarici işlər naziri Ceyhun Bayramov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens arasında görüş
© AR Ministry of Foreign Affairs
O, Azərbaycan və UNICEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu bildirib. Eyni zamanda, Nümayəndəliyin rəhbəri hər bir uşağın keyfiyyətli təhsilə çıxışının olmasının əhəmiyyətini qeyd edərək, qlobal COVID-19 pandemiyası dövründə UNICEF tərəfindən bu xüsusda görülən işlərdən geniş bəhs edib.
Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticələrindən, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından danışıb.
O, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mədəni və dini abidələrə dəymiş ziyan, mina təhlükəsi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Nazirlər zəngləşdilər: Türkiyənin yanındayıq, ehtiyac duyulan bütün dəstəyi göstərəcəyik