Naqasaki faciəsindən 76 il ötür

© AP PhotoВид на разрушенный японский город Нагасаки, фото из архива
Вид на разрушенный японский город Нагасаки, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Abunə olmaq
ABŞ-ın “B-29” döyüş təyyarəsinin Yaponiyanın Naqasaki şəhərinə atom bombasının atılması nəticəsində isə 74 min sakin həlak olub.
BAKI, 9 avqust — Sputnik. Bu gün Yaponiyanın Naqasaki şəhərinə atom bombası atılmasından 76 il ötür. 1945-ci il avqustun 9-da ABŞ-ın “B-29” döyüş təyyarəsinin Yaponiyanın Naqasaki şəhərinə atom bombasının atılması nəticəsində isə 74 min sakin həlak olub.
Bu, Yaponiyaya atılmış ikinci atom bombası olub. 1945-ci ilin avqustun 6-da ABŞ Yaponiyanın Xirosima şəhərinə də 18 kiloton gücündə atom bombası atıb.
Bomba partlayışı nəticəsində 140 mindən çox insan həlak olub, yüz minlərlə şəhər sakini yaralanıb.
Belə bir silahdan istifadə artıq böyük dövlətlər arasında müharibənin əvvəlki kimi olmayacağını göstərdi.
Həmçinin oxuyun:
Xirosima və Naqasaki kimi: Beyrutdakı dəhşətli partlayışın nəticələri
Narışkin Xirosima və Naqasaki ilə bağlı tribunal yaratmağı təklif edib
Xəbər lenti
0