13:32 25 Fevral 2018
Canlı yayım
Sergey Narışkin - Rusiya Dövlət Dumasının sədri

Narışkin Xirosima və Naqasaki ilə bağlı tribunal yaratmağı təklif edib

flikr
RUSİYA
Qısa URL
5911

Rusiya Dövlət Dumasının spikeri ABŞ-ın tarixi cinayəti ilə bağlı beynəlxalq tribunal yaradılmasının zəruri olduğunu deyib.

BAKI, 5 avq-Sputnik. Rusiya 1945-ci ildə Xirosima və Naqasakiyə atom bombası atılması ilə bağlı tribunal yaradılmasını vacib hesab edir.

Sputnik xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Yaponiya şəhərlərinin bombalanmasının 70 illiyinə həsr olunan dəyirmi masadakı çıxışı zamanı belə deyib. 

"Mənim fikrimcə, ABŞ-ın 45-ci ildə seçdiyi üsulun həm insanlıq, həm də hərbi zərurət baxımından yersiz olduğu mübahisəsizdir.  İnsanlıq əleyhinə bu cür davranışlara ən sivil cavabı Tokio və Xabarovsk trubunalları verib." — deyə Narışkin bildirib. O, insanlıq əleyhinə cinayətlərin tarixinin olmadığını, onların tarixin istənilən dövründə yarğılana biləcəyini ifadə edib. 

Tədbirdə tribunalın yaradılması təklifini Dövlət Dumasının vitse-spikeri Andrey İsayev də irəli sürüb. 

ABŞ bombardmançıları Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə 1945-ci ilin  6 və 9 avqust tarixlərində atom bombası atıb. "Little Boy" (Balaca oğlan) adı verilən bombaların partlaması nəticəsində ölənlərin sayı  90 mindən 170 minə çatıb. 

1945-ci ilin 6 avqust faciəsinin xatirəsinə həmin gün Ümumdünya Nüvə Silahlarının Qadağan edilməsi Günü kimi tarixə düşüb.

Yaponiya bu il faciənin 70 illiyini beynəlxalq səviyyədə qeyd edir.  

Əsas mövzular