https://sputnik.az/20210809/Ba-infeksionist-COVID-19-infeksiyasnn-fsilliyi-haqqnda-danmaq-hl-tezdir-427656136.html
Baş infeksionist: COVID-19 infeksiyasının fəsilliyi haqqında danışmaq hələ tezdir
Baş infeksionist: COVID-19 infeksiyasının fəsilliyi haqqında danışmaq hələ tezdir
Sputnik Azərbaycan
"Hazırda yoluxma sayının artımı əsas deyil, əsas olan hospitalizasiya olunanların, xəstəliyi ağır keçirənlərin və letal halların sayıdır." 09.08.2021, Sputnik Azərbaycan
2021-08-09T10:37+0400
2021-08-09T10:37+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
koronavirus
covid-19 pasportu
pandemiya
fəsil
infeksionist
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1a/424534562_0:74:3072:1812_1920x0_80_0_0_24c8e3e87bf365ac60229e59cceccea1.jpg
BAKI, 9 avqust — Sputnik. Soyuq aylarda respirator virus infeksiyalarına yoluxma hallarında artım qeydə alınır. Buna da infeksiyanın fəsilliyi deyilir. COVID-19 infeksiyasının fəsilliyi haqqında danışmaq hələ tezdir. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.Daha sonra infeksionist bildirib ki, hazırda yoluxma sayının artımı əsas deyil, əsas olan hospitalizasiya olunanların, xəstəliyi ağır keçirənlərin və letal halların sayıdır."Vaksinasiyanın əhatə dairəsi artdıqca həmin göstəricilərdə də dəyişiklik olacaq. Ona görə də vaksinasiyada aktiv iştiraka çalışmalıyıq. Daha yoluxucu ştamları nəzərə alsaq, epidemioloji zənciri qırmaq üçün əhalinin təxminən 70-80 faizində immunitet olmalıdır. Ölkəmizdə COVID-19-la xəstələnənlərin sayı çoxluq təşkil etmir. Belə ki, koronavirusa yolxunların sayı 352 minə yaxındır. Bir doza vaksin alanların sayı isə 3 milyonu ötüb. Gün ərzində təxminən 60 min nəfər peyvənd olunur. Bu da o deməkdir ki, iki aydan sonra ölkəmizdə kifayət qədər insan vaksinasiyadan keçmiş olacaq. Təbii ki, bunlar hamısı son nəticədə öz sözünü deməlidir. Yəni, yoluxma hallarının sayında, xəstəxanaların doluluğunda, ağır halların və ölüm faizlərinin azalmasında öz effektini göstərməlidir", - deyə baş infeksionist qeyd edib.Həmçinin oxuyun:Peyvəndə qarşı dayanıqlı ştammlar yarana bilər - məşhur infeksionistBu xəstəlikləri olanlar COVID-19-a qarşı peyvəndi vurdurmasınlar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1a/424534562_0:0:3072:1931_1920x0_80_0_0_ff826201080f3471e6b8c29e49636e5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, koronavirus, covid-19 pasportu, pandemiya, fəsil, infeksionist, azərbaycan
xəbərlər, koronavirus, covid-19 pasportu, pandemiya, fəsil, infeksionist, azərbaycan
Baş infeksionist: COVID-19 infeksiyasının fəsilliyi haqqında danışmaq hələ tezdir
10:37 09.08.2021 (Yenilənib: 00:00 17.11.2021) "Hazırda yoluxma sayının artımı əsas deyil, əsas olan hospitalizasiya olunanların, xəstəliyi ağır keçirənlərin və letal halların sayıdır."
BAKI, 9 avqust — Sputnik. Soyuq aylarda respirator virus infeksiyalarına yoluxma hallarında artım qeydə alınır. Buna da infeksiyanın fəsilliyi deyilir. COVID-19 infeksiyasının fəsilliyi haqqında danışmaq hələ tezdir.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti
Təyyar Eyvazov deyib.
"Çünki pandemiyanın başlanmasından cəmi bir il yarım keçib. Bunu zaman göstərəcək ki, həmin infeksiya həqiqətən fəsillik xarakterlidir yoxsa yox. Lakin hər halda soyuq aylarda insanların həyat tərzində dəyişiklik müşahidə edilir. Yəni onlar daha çox qapalı məkanlara üz tuturlar və təmaslar sıx olur. Nəticədə yoluxma şansı daha çox artır. Buna görə də payız aylarında yoluxma hallarının artımını proqnozlaşdıra bilərik. Lakin nəzərə almaq lazımdır ki, burada əngəlləyici faktor vaksinasiya prosesidir. Əgər əhalinin vaksinasiyası yetərli sayda olsa, müəyyən qədər artımın qarşısı alına bilər. Nəticədə koronavirusa yoluxma halları ötən ilin noyabr-dekabr aylarında qeydə alınan saylar qədər olmaz. Yoluxma o həddə çatarsa belə peyvəndləmənin hesabına xəstəxanalara yerləşdirilənlərin, ağır halların və ölümün sayı az olar", - deyə Eyvazov bildirib.
Daha sonra infeksionist bildirib ki, hazırda yoluxma sayının artımı əsas deyil, əsas olan hospitalizasiya olunanların, xəstəliyi ağır keçirənlərin və letal halların sayıdır.
"Vaksinasiyanın əhatə dairəsi artdıqca həmin göstəricilərdə də dəyişiklik olacaq. Ona görə də vaksinasiyada aktiv iştiraka çalışmalıyıq. Daha yoluxucu ştamları nəzərə alsaq, epidemioloji zənciri qırmaq üçün əhalinin təxminən 70-80 faizində immunitet olmalıdır. Ölkəmizdə COVID-19-la xəstələnənlərin sayı çoxluq təşkil etmir. Belə ki, koronavirusa yolxunların sayı 352 minə yaxındır. Bir doza vaksin alanların sayı isə 3 milyonu ötüb. Gün ərzində təxminən 60 min nəfər peyvənd olunur. Bu da o deməkdir ki, iki aydan sonra ölkəmizdə kifayət qədər insan vaksinasiyadan keçmiş olacaq. Təbii ki, bunlar hamısı son nəticədə öz sözünü deməlidir. Yəni, yoluxma hallarının sayında, xəstəxanaların doluluğunda, ağır halların və ölüm faizlərinin azalmasında öz effektini göstərməlidir", - deyə baş infeksionist qeyd edib.
Peyvəndə qarşı dayanıqlı ştammlar yarana bilər - məşhur infeksionist