https://sputnik.az/20210805/-Bu-xstliklri-olanlar-COVID-19-a-qar-peyvndi-vurdurmasnlar-427630120.html
Bu xəstəlikləri olanlar COVID-19-a qarşı peyvəndi vurdurmasınlar
Bu xəstəlikləri olanlar COVID-19-a qarşı peyvəndi vurdurmasınlar
Sputnik Azərbaycan
Həkim-infeksionist COVID-19 peyvəndlərinə qarşı əks-göstərişi olan xəstəliklər barədə məlumat verib. 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T21:33+0400
2021-08-05T21:33+0400
2021-08-05T18:49+0400
xəbərlər
səhiyyə
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352835_0:159:3079:1890_1920x0_80_0_0_53be78350ae07f571cf3421872575e05.jpg
BAKI, 5 avqust - Sputnik. Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya üçün əks göstəriş olan allergik xəstəliklər dedikdə xüsusilə dərman preparatlarına qarşı allergiya nəzərdə tutulur. Güclü qida allergiyası da əks-göstəriş ola bilər. Bütün hallarda allerqoloq müayinəsindən keçmək məsləhətdir.Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov Azərtac-a COVID-19 infeksiyasına qarşı istifadə edilən peyvəndlərə əks-göstəriş olan xəstəliklər barədə məlumat verib.Həkim-infeksionist bildirib ki, hamilə qadınlar, süd verən analar, allergiyadan əziyyət çəkənlər, həmçinin xərçəng xəstəliyinin kəskin dövrünü yaşayan və kimyaterapiya müalicəsi alan xəstələr COVID-19 əleyhinə vaksinasiya üçün əks-göstəriş hesab edilirlər:İ.Bayramov vurğulayıb ki, “Əks-göstəriş sertifikat”ına uyğun gələnlər özlərini koronavirusdan qorumaq üçün kütləvi toplaşmalarda tibbi maska taxmalı, sosial məsafəni qorumalı və dezinfeksiya məhlullarından istifadə etməlidirlər.Qeyd edək ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə “Əks-göstəriş sertifikat”ının verilməsinə başlanılır. “Əks-göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikat”ı veriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352835_173:0:2904:2048_1920x0_80_0_0_da99ab132d54e379c2014fa08ad0e27d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Bu xəstəlikləri olanlar COVID-19-a qarşı peyvəndi vurdurmasınlar
Həkim-infeksionist COVID-19 peyvəndlərinə qarşı əks-göstərişi olan xəstəliklər barədə məlumat verib.
BAKI, 5 avqust - Sputnik. Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya üçün əks göstəriş olan allergik xəstəliklər dedikdə xüsusilə dərman preparatlarına qarşı allergiya nəzərdə tutulur. Güclü qida allergiyası da əks-göstəriş ola bilər. Bütün hallarda allerqoloq müayinəsindən keçmək məsləhətdir.
Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov Azərtac-a COVID-19 infeksiyasına qarşı istifadə edilən peyvəndlərə əks-göstəriş olan xəstəliklər barədə məlumat verib.
Həkim-infeksionist bildirib ki, hamilə qadınlar, süd verən analar, allergiyadan əziyyət çəkənlər, həmçinin xərçəng xəstəliyinin kəskin dövrünü yaşayan və kimyaterapiya müalicəsi alan xəstələr COVID-19 əleyhinə vaksinasiya üçün əks-göstəriş hesab edilirlər:
“Eyni zamanda, səpki elementi ilə müşayiət edilən və autoimmun xəstəliklərə tutulanlar da koronavirusa qarşı peyvənd vurdura bilməzlər. Uzun müddət hormon qəbul edən, xroniki bronxitin allergik formasından əziyyət çəkənlər üçün də vaksin təhlükəlidir. Əks-göstəriş bir sıra allergik reaksiyanın dərəcəsindən asılıdır. Yəni, bəzi allergik xəstələr həkim məsləhəti ilə COVID-19 əleyhinə vaksinasiyada iştirak edə bilərlər”.
İ.Bayramov vurğulayıb ki, “Əks-göstəriş sertifikat”ına uyğun gələnlər özlərini koronavirusdan qorumaq üçün kütləvi toplaşmalarda tibbi maska taxmalı, sosial məsafəni qorumalı və dezinfeksiya məhlullarından istifadə etməlidirlər.
Qeyd edək ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə “Əks-göstəriş sertifikat”ının verilməsinə başlanılır. “Əks-göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikat”ı veriləcək.