CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağsuda yanğın söndürülüb

© Sputnik / Rashad KeremogluAğsu rayonu Gəgəli kəndi yaxınlığında yanğın
Ağsu rayonu Gəgəli kəndi yaxınlığında yanğın   - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Abunə olmaq
Yanğınsöndürmə əməliyyatlarında FHN-in müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri iştirak edib.
BAKI, 9 avqust — Sputnik. Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Məlumata görə, yanğınsöndürmə əməliyyatlarında FHN-in müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.
Ümumilikdə 300 hektar ərazidə baş vermis yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Həmçinin oxuyun:
Quba və Qəbələdə meşə ərazisində yanğın olub
Ağsu və Şamaxıda yanğın yenidən şiddətləndi
Xəbər lenti
0