Peyvəndə qarşı dayanıqlı ştammlar yarana bilər - məşhur infeksionist

© AP Photo / Kevin DietschЭнтони Фаучи, фото из архива
Энтони Фаучи, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
Fauçi vurğulayıb ki, insanların əksəriyyəti vaksin olunandan sonra virus problem olmaqdan çıxacaq - onun alovlanmaları qrip kimi mövsümi, zəif xəstəliyə çevriləcək.
BAKI, 8 avqust - Sputnik. ABŞ Allergik və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi gələcəkdə vaksinlərə qarşı dayanıqlı  koronavirus ştammının peyda olacağını istisna etməyib.
O əmindir ki, buna kifayət qədər sayda insanın vaksin olunmaması səbəb ola bilər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Fauçi USA Today-ə müsahibəsində deyib.
Fauçi vurğulayıb ki, insanların əksəriyyəti vaksin olunandan sonra virus problem olmaqdan çıxacaq - onun alovlanmaları qrip kimi mövsümi, zəif xəstəliyə çevriləcək. Ancaq bu, xeyli adam peyvənd olunmasa, baş tutan iş deyil. 
Baş infeksionistin sözlərinə görə, kütləvi vaksinin qalib gəlmədiyi virus elə bu dəqiqə mutasiyaya davam edir. Hələlik onun mutasiyaları fəlakətli nəticələrə səbəb olmur, ancaq müəyyən bir vaxt gələ və hər şey pisliyə doğru dəyişə bilər. Bunu "delta" ştammının timsalında görmək olar: o, virusun digər variantlarından daha sürətli yayılır. 
Prezident Co Bayden avqustun əvvəlində koronavirusun ABŞ-da yeni dalğasını fəlakət adlandırmışdı. Cons Hopkins Universitetinin məlumatına görə, avqustun 7-də ölkədə 44 mindən çox adamda koronavirusa yoluxma təsbit edilmişdi.
Eləcə də oxuyun:
ÜST-ün koronavirus barədə romantik planları
Azərbaycanda koronavirusdan ölüm faizi aşağı düşüb - Səhiyyə Nazirliyi
Qvineyada ikinci "Uhan" təhlükəsi: ölümcül virus təsbit edildi
Xəbər lenti
0