https://sputnik.az/20210806/nece-saglam-yasayiriq-427640038.html
Nə dərəcədə sağlam həyat tərzi yaşayırıq - SORĞU
Nə dərəcədə sağlam həyat tərzi yaşayırıq - SORĞU
Sputnik Azərbaycan
Meyvə-tərəvəzlə sağlam qidalanmağa üstünlük verənlərin faizi üstünlük təşkil etsə də, "Fast food"dan uzaq olanların sayı azdır. 06.08.2021, Sputnik Azərbaycan
2021-08-06T21:09+0400
2021-08-06T21:09+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
səhiyyə
sağlam
həyat tərzi
idman
meyvə
yuxu
yaşıllıq
sorğu
https://cdnn1.img.sputnik.az/img/40981/12/409811252_0:0:2571:1447_1920x0_80_0_0_ae04e2c4eeac15df9937e652986677a7.jpg
BAKI, 6 avqust — Sputnik. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, ölkəmizdə gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzi ilə bağlı bir sıra maarifləndirici tədbirlər həyata keçirilir. Xüsusilə də yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğatı aparılır. Sputnik Azərbaycan bildirir ki, mövzu ilə əlaqədar MTM (Media Təhlil Mərkəzi) sorğu keçirib. Sorğuda iştirak edən 565 respondentin 53%-ni qadınlar, 47%-ni kişilər təşkil edib.Sağlam həyat tərzini necə qəbul edirlərBir neçə variant seçmək imkanına malik olan respondentlər “Sizin üçün sağlam həyat tərzi nədir?” sualına belə cavab veriblər:Meyvə-tərəvəz qəbul etmək – 58,4%;“Fast food”dan uzaq olmaq – 19,6%;İdmanla məşğul olmaq – 71,3%;Siqaret və spirtli içkidən imtina etmək – 46,5%;Bol maye qəbul etmək – 38,1%;Sağlam yuxu rejimi – 54,9%.Hərənin öz üsuluNövbəti sualla respondentlərin sağlam həyat tərzinə nə dərəcə riayət etdini müəyyənləşdirmək olub. Cavab verənlərin 24,6%-i sağlam həyat tərzinin qaydalarına riayət etdiyini, 66,2%-i bu qaydalara əməl etməyə çalışdığını, amma bəzən alınmadığını qeyd edib. İştirakçıların 5,1%-i pis vərdişlərinə görə sağlam həyat tərzinin qaydalarına riayət edə bilmədiyini, 4,1%-i isə ümumiyyətlə riayət etmədiyini bildirib.Respondentlərin sağlam qidalanmada önəm verdiyi və riayət etdiyi məqamlara gəlincə, bununla bağlı suala bir neçə variantı seçmək imkanına malik olan sorğu iştirakçılarının 65,5%-i ev yeməklərinə üstünlük verdiyini vurğulayıb.Cavab verənlərin 54,5%-i bol meyvə və tərəvəz qəbul etdiyini, 23,5%-i hazır yeməklərdən uzaq olmağa çalışdığını, 19,8%-i yağlı yemək yemədiyini, 55%-i bol maye qəbul etdiyini, 23,5%-i isə qida saatlarına diqqət etdiyini söyləyib.Respondentlərin 37,2%-i həftədə 2-3 dəfə, 35,4%-i ayda bir neçə dəfə idmanla məşğul olduğunu qeyd etsə də, 4,6%-ni idmanla peşəkar şəkildə məşğul olduğunu, 22,8%-i isə məşğul olmadığını bildirib.İştirakçıların 15,2%-i gün ərzində 6 saatdan az, 71,9%-i 6-8 saat, 12,9%-i isə 8 saatdan çox yatdığını qeyd edib.Ərazinin nə təsiri varRespondentlər içməli su təminatı və yaşadıqları ərazinin yaşıllıq səviyyəsi ilə bağlı suallara da cavab veriblər. Yaşadığı mənzilin içməli su təminatından razı olanlar iştirakçıların 41,1%-ni, narazı olanlar 43%-ni, içməli suyu sifarişlə aldığını qeyd edənlər isə cavab verənlərin 15,9%-ni təşkil edib.Sorğu iştirakçılarının 53,6%-i yaşadığı ərazinin yaşıllıq səviyəsindən razı, 46,4%-i narazı olduğunu vurğulayıb.Sorğuda iştirak edən respondentlərin 45%-i Bakı və Abşeron-Xızı, 55%-i isə digər regionlardan qatılıblar.Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, yaşıllıq səviyyəsindən ən çox Gəncə-Daşkəsən (75,9%), ən az isə Abşeron-Xızı iqtisadi rayonunun sakinləri (33,3%) razı qalıb.Qeyd edək ki, MTM tərəfindən daim cəmiyyətdə baş verən proseslərə münasibəti öyrənmək üçün müxtəlif istiqamətli sorğular təşkil olunur.Eləcə də oxuyun:Narkotik intiharı və polisin müqaviməti: Kim kimi yenəcək?Piylənmə ilə bağlı hepatitlərə daha çox rast gəlinirQırışları azaldır, demensiyadan qoruyur - gilasın bilmədiyimiz yeddi faydası
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40981/12/409811252_156:0:2327:1628_1920x0_80_0_0_98ec1ba8d3647aedeba152cd1db0a43c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, sağlam, həyat tərzi, idman, meyvə, yuxu, yaşıllıq, sorğu, azərbaycan
xəbərlər, sağlam, həyat tərzi, idman, meyvə, yuxu, yaşıllıq, sorğu, azərbaycan
Nə dərəcədə sağlam həyat tərzi yaşayırıq - SORĞU
21:09 06.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Meyvə-tərəvəzlə sağlam qidalanmağa üstünlük verənlərin faizi üstünlük təşkil etsə də, "Fast food"dan uzaq olanların sayı azdır.
BAKI, 6 avqust — Sputnik. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, ölkəmizdə gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzi ilə bağlı bir sıra maarifləndirici tədbirlər həyata keçirilir. Xüsusilə də yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğatı aparılır.
Sputnik Azərbaycan bildirir ki, mövzu ilə əlaqədar MTM (Media Təhlil Mərkəzi) sorğu keçirib. Sorğuda iştirak edən 565 respondentin 53%-ni qadınlar, 47%-ni kişilər təşkil edib.
Sağlam həyat tərzini necə qəbul edirlər
Bir neçə variant seçmək imkanına malik olan respondentlər “Sizin üçün sağlam həyat tərzi nədir?” sualına belə cavab veriblər:
Meyvə-tərəvəz qəbul etmək – 58,4%;
“Fast food”dan uzaq olmaq – 19,6%;
İdmanla məşğul olmaq – 71,3%;
Siqaret və spirtli içkidən imtina etmək – 46,5%;
Bol maye qəbul etmək – 38,1%;
Sağlam yuxu rejimi – 54,9%.
Növbəti sualla respondentlərin sağlam həyat tərzinə nə dərəcə riayət etdini müəyyənləşdirmək olub. Cavab verənlərin 24,6%-i sağlam həyat tərzinin qaydalarına riayət etdiyini, 66,2%-i bu qaydalara əməl etməyə çalışdığını, amma bəzən alınmadığını qeyd edib. İştirakçıların 5,1%-i pis vərdişlərinə görə sağlam həyat tərzinin qaydalarına riayət edə bilmədiyini, 4,1%-i isə ümumiyyətlə riayət etmədiyini bildirib.
Respondentlərin sağlam qidalanmada önəm verdiyi və riayət etdiyi məqamlara gəlincə, bununla bağlı suala bir neçə variantı seçmək imkanına malik olan sorğu iştirakçılarının 65,5%-i ev yeməklərinə üstünlük verdiyini vurğulayıb.
Cavab verənlərin 54,5%-i bol meyvə və tərəvəz qəbul etdiyini, 23,5%-i hazır yeməklərdən uzaq olmağa çalışdığını, 19,8%-i yağlı yemək yemədiyini, 55%-i bol maye qəbul etdiyini, 23,5%-i isə qida saatlarına diqqət etdiyini söyləyib.
Respondentlərin 37,2%-i həftədə 2-3 dəfə, 35,4%-i ayda bir neçə dəfə idmanla məşğul olduğunu qeyd etsə də, 4,6%-ni idmanla peşəkar şəkildə məşğul olduğunu, 22,8%-i isə məşğul olmadığını bildirib.
İştirakçıların 15,2%-i gün ərzində 6 saatdan az, 71,9%-i 6-8 saat, 12,9%-i isə 8 saatdan çox yatdığını qeyd edib.
Respondentlər içməli su təminatı və yaşadıqları ərazinin yaşıllıq səviyyəsi ilə bağlı suallara da cavab veriblər. Yaşadığı mənzilin içməli su təminatından razı olanlar iştirakçıların 41,1%-ni, narazı olanlar 43%-ni, içməli suyu sifarişlə aldığını qeyd edənlər isə cavab verənlərin 15,9%-ni təşkil edib.
Sorğu iştirakçılarının 53,6%-i yaşadığı ərazinin yaşıllıq səviyəsindən razı, 46,4%-i narazı olduğunu vurğulayıb.
Sorğuda iştirak edən respondentlərin 45%-i Bakı və Abşeron-Xızı, 55%-i isə digər regionlardan qatılıblar.
Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, yaşıllıq səviyyəsindən ən çox Gəncə-Daşkəsən (75,9%), ən az isə Abşeron-Xızı iqtisadi rayonunun sakinləri (33,3%) razı qalıb.
Qeyd edək ki, MTM tərəfindən daim cəmiyyətdə baş verən proseslərə münasibəti öyrənmək üçün müxtəlif istiqamətli sorğular təşkil olunur.
Narkotik intiharı və polisin müqaviməti:
Kim kimi yenəcək?Piylənmə ilə bağlı
hepatitlərə daha çox rast gəlinir
Qırışları azaldır, demensiyadan qoruyur -
gilasın bilmədiyimiz yeddi faydası