https://sputnik.az/20210806/eldar-shamlari-ile-baqli-komissiya-rey-verdi-427638508.html
Bakıda "Qırmızı kitab"a düşən bəzi ağacları məhv edəcəklər
Bakıda "Qırmızı kitab"a düşən bəzi ağacları məhv edəcəklər
Sputnik Azərbaycan
Komissiyanın ilkin rəyinə görə, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq... 06.08.2021, Sputnik Azərbaycan
2021-08-06T22:26+0400
2021-08-06T22:26+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
ağac
quruma
bakı
eldar şamı
bşih
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41140/42/411404237_0:42:1200:721_1920x0_80_0_0_032c50d43bdbde475c609b80cc031718.jpg
BAKI, 6 avqust — Sputnik. Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş Eldar şamlarının quruması baş verir ki, bu da sakinlərimizi ciddi narahat edir. Məsələ ilə əlaqədar bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Botanika İnstitutu və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Qida Təhlükəsizlıyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya yaradılıb və müəyyən edilib ki, Abşeron yarımadasında mövcud Eldar şamlarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub.Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, bu kimi hallar tək ölkəmizdə deyil, qonşu Gürcüstanda da geniş şəkildə baş verib.Komissiyanın ilkin rəyinə görə, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq utilizasiya edilməlidir. Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən artıq belə qərar qəbul edilib.Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Komisiya yaradılıb və xüsusi proqram hazırlanıb. Problemin aradan qaldırılması üçün birinci növbədə xəstə, qurumuş ağaclar çıxarılaraq utulizasiyaya göndərilir və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilir.Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Utilizasiya edilən ağacların yerinə əkin mövsümündə yeni ağaclar əkiləcəkdir.Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utulizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçiriləcəkdir.Xatırladaq ki, Bakıda "Qırmızı kitab"a düşən Eldar şamı ağacları quruyur. Bayılda, Mərdəkanda, Binəqədidə, Nərimanov və Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Məsələ ilə bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən bildirilib ki, mütəxəssislər şam ağaclarının xəstəlikdən quruduğu qənaətinə gəliblər və qurumuş ağacların kökündən çıxarılaraq məhv edilməsi ilə bağlı qərar verilib.Nazirlik əməkdaşı Mirsalam Qəmbərovun sözlərinə görə, ötən il Xəzər rayonunda 400-ə yaxın, Səbail rayonunda 208, Binəqədidə 69, Nərimanov rayonunda 65, Qaradağ rayonunda isə 1 508 ağac qiymətləndirilib və ağacların kökündən çıxarılmasına qərar verilib.Komissiyanın qərarına görə, bu il Xəzər rayonu üzrə 131 Eldar şamı, həmçinin 2 sərv ağacı, Səbail rayonunda Bayıl yamacı və Şəhidlər xiyabanı istiqamətində 172 ağacın kəsilməsi üçün göstərişlər olduğu müəyyən edilib.Eləcə də oxuyun:Bakıda böyük iməcilik keçirilibMeşələrdə aqrobağlar salınsın, ya yox - Haftoni meşələrində nə baş verir?Bir sərv və bir şam ağacı kəsilib, 3 min manat məbləğində ziyan dəyib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41140/42/411404237_0:145:1201:899_1920x0_80_0_0_33cc765f68553e490497a2898eca9203.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, ağac, quruma, bakı, eldar şamı, bşih, azərbaycan
xəbərlər, ağac, quruma, bakı, eldar şamı, bşih, azərbaycan
Bakıda "Qırmızı kitab"a düşən bəzi ağacları məhv edəcəklər
22:26 06.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Komissiyanın ilkin rəyinə görə, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq utilizasiya edilməlidir.
BAKI, 6 avqust — Sputnik. Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş Eldar şamlarının quruması baş verir ki, bu da sakinlərimizi ciddi narahat edir. Məsələ ilə əlaqədar bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Botanika İnstitutu və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Qida Təhlükəsizlıyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya yaradılıb və müəyyən edilib ki, Abşeron yarımadasında mövcud Eldar şamlarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən
Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, bu kimi hallar tək ölkəmizdə deyil, qonşu Gürcüstanda da geniş şəkildə baş verib.
Komissiyanın ilkin rəyinə görə, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq utilizasiya edilməlidir. Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən artıq belə qərar qəbul edilib.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Komisiya yaradılıb və xüsusi proqram hazırlanıb. Problemin aradan qaldırılması üçün birinci növbədə xəstə, qurumuş ağaclar çıxarılaraq utulizasiyaya göndərilir və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Utilizasiya edilən ağacların yerinə əkin mövsümündə yeni ağaclar əkiləcəkdir.
Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utulizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçiriləcəkdir.
Xatırladaq ki, Bakıda "Qırmızı kitab"a düşən Eldar şamı ağacları quruyur. Bayılda, Mərdəkanda, Binəqədidə, Nərimanov və Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Məsələ ilə bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən bildirilib ki, mütəxəssislər şam ağaclarının xəstəlikdən quruduğu qənaətinə gəliblər və qurumuş ağacların kökündən çıxarılaraq məhv edilməsi ilə bağlı qərar verilib.
Nazirlik əməkdaşı Mirsalam Qəmbərovun sözlərinə görə, ötən il Xəzər rayonunda 400-ə yaxın, Səbail rayonunda 208, Binəqədidə 69, Nərimanov rayonunda 65, Qaradağ rayonunda isə 1 508 ağac qiymətləndirilib və ağacların kökündən çıxarılmasına qərar verilib.
Komissiyanın qərarına görə, bu il Xəzər rayonu üzrə 131 Eldar şamı, həmçinin 2 sərv ağacı, Səbail rayonunda Bayıl yamacı və Şəhidlər xiyabanı istiqamətində 172 ağacın kəsilməsi üçün göstərişlər olduğu müəyyən edilib.
Bakıda
böyük iməcilik keçirilib
Meşələrdə
aqrobağlar salınsın, ya yox - Haftoni meşələrində nə baş verir?
Bir sərv və bir şam ağacı kəsilib, 3 min manat məbləğində ziyan dəyib