CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir sərv və bir şam ağacı kəsilib, 3 min manat məbləğində ziyan dəyib

© Sputnik / Irade JELILAğac kəsimi
Ağac kəsimi - Sputnik Azərbaycan, 1920, 29.05.2021
Abunə olmaq
Hazırda iş üzrə istintaq aparılmaqla təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri təmin ediləcək.

BAKI, 29 may — Sputnik. Bəzi kütləvi informasiya vasitələrində Sumqayıt şəhərində qanunsuz olaraq 2 ağacın kəsilməsi nəticəsində 2 min 700 manat məbləğində ziyan dəyməsi barədə məlumatlar yayılıb. Baş Prokurorluqdan bununla bağlı bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilib ki, Sumqayıt şəhəri, Sülh küçəsində köküstə yaş halda 1 ədəd sərv və 1 ədəd şam ağacları kəsilib məhv edilib və nəticədə  təbiətə 3 min manat məbləğində ziyan dəyib.

29 may 2021-ci il tarixdə fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

Hazırda iş üzrə istintaq aparılmaqla təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri təmin ediləcək.

Xəbər lenti
0