CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rafael Ağayev Tokio Olimpiadasında Azərbaycana ilk gümüş medalı qazandırdı

© REUTERS / CARL RECINEАзербайджанский каратист Рафаэль Агаев
Азербайджанский каратист Рафаэль Агаев - Sputnik Azərbaycan, 1920, 06.08.2021
Abunə olmaq
Azərbaycan idmançısı Olimpiya karate turnirinin qrup mərhələsinin finalında italiyalı dostu Luici Busa ilə qarşılaşıb.
BAKI, 6 avqust — Sputnik. Dünya karatesinin "qara brilyantı" adlandırılan Rafael Ağayev Tokio Olimpiadasında Azərbaycan komandasına ilk gümüş medalı qazandırdı.
Sputnik Azərbaycan bildirir ki, 75 kq çəki dərəcəsində yarışan Rafael Ağayevin rəqibi italiyalı Luici Busa idi. İtalyan karateçi millimizin liderinə 1:0 hesabı ilə qalib gələrək Olimpiyanın qızılını götürməyə müvəffəq oldu. Rafael isə müvafiq olaraq gümüş medalın sahibi olub.
--------
13:34
Azərbaycan idmançısı Olimpiya karate turnirinin qrup mərhələsinin ilk turunda Almaniya təmsilçisini məğlub edib. Sputnik Azərbaycan xəbər verir ki, beşqat dünya çempionu Rafael Ağayev (75 kiloqram) Tokioda keçirilən Olimpiya Oyunlarında çıxışına qələbə ilə başlayıb.
Karate üzrə Olimpiya turnirinin qrup mərhələsinin ilk yarışında Ağayev Almaniya təmsilçisi Noa Biçi məğlub edib. Əvvəlcə Azərbaycan karateçi hesabda geridə olsa da, hesabı bərabərləşdirməyi bacarıb və daha sonra irəli çıxıb.
Qrup mərhələsindəki növbəti görüşünü o, avstraliyalı Çuxiaro Yaxiroya qarşı keçirəcək.
Həmçinin "B" qrupunda Ağayevlə yanaşı Luici Busa (Italiya) və Nurkanat Ajıqanov (Qazaxıstan) da çıxış edirlər.
Yeri gəlmişkən, italiyalı Luidji Busa Azərbaycan karateçisinin ən prinsipial rəqibidir, Ağayev Busanı özünə ən əlverişsiz rəqib adlandırır.
Karate üzrə Olimpiya turnirində, hər bir çəki dərəcəsində on karateçi beş iştirakçıdan ibarət iki qrupa bölünür. Dairəvi sistem üzrə keçirilən turnirin nəticələrinə görə, karateçilər hər qrupda yarımfinala yüksələn iki ən yaxşı idmançını müəyyən edəcəklər. "A" qrupunun qalibi "B" qrupunda ikinci yeri tutan karateçi ilə qarşılaşacaq. Eyni zamanda, üçüncü yer uğrunda mübarizə nəzərdə tutulmur, yəni boksda olduğu kimi, yarımfinala çıxan karateçilər özlərinə ən azı bürünc medalı təmin edirlər.
Azərbaycan milli komandasının cüdoçusu İrina Kindzerskaya (78 kiloqramdan yuxarı), boksçusu Alfonso Dominqes (81 kiloqram) və yunan-Roma üslublu güləşçisi Rafiq Hüseynov (77 kiloqram) Tokio Olimpiya Oyunlarında üç bürünc medal qzanıblar.
Xəbər lenti
0