https://sputnik.az/20210806/Qurban-Qurbanov-Kiprdki-insident-bard-Hanssa-cza-ala-bilrik-amma-427641422.html
Qurban Qurbanov Kiprdəki insident barədə: "Hansısa cəza ala bilərik, amma..."
Qurban Qurbanov Kiprdəki insident barədə: "Hansısa cəza ala bilərik, amma..."
Sputnik Azərbaycan
Kiprdə baş verənləri şərh edən Ağdam klubunun baş məşqçisi heç nədən çəkinmədiklərini vurğulayıb. O qeyd edib ki, bəzi hadisələr futbolçuların Vətən sevgisinin... 06.08.2021, Sputnik Azərbaycan
2021-08-06T20:15+0400
2021-08-06T20:15+0400
2021-11-17T00:00+0400
cəmiyyət
xəbərlər
idman
qurban qurbanov
kipr
qarabağ
oyun
futbol
insident
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427520882_0:205:3071:1942_1920x0_80_0_0_49733377e6b6c0490a011d6a3cb0e8ed.jpg
BAKI, 6 avqust - Sputnik. "Bunlar dünya futbolunda təkrar olunan hallardır. Bu cür hadisələrlə həmişə üzləşmişik. Kipr təmsilçiləri ilə Azərbaycan klublarının oyunlarında çox vaxt qarşıdurmalar olub. Mən buna idman prinsipi kimi yanaşıram"Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında jurnalistlərə açıqlamasında deyib.49 yaşlı mütəxəssis matçın əvvəlində artıq insident baş verdiyini xatırladıb:Təcrübəli baş məşqçi bildirib ki, futbolçular da emosiyalarını qoruyub saxlaya bilməyiblər: "Sevincləri həddindən artıq çox oldu və bu, azarkeşləri qıcıqlandırdı. Bəzən biz məşqçilər də aqressiyamızı göstəririk və saxlaya bilmirik. Hər halda heç nədən çəkinmirdik. Ancaq oyunu fikirləşirdik. Bəzən belə hallar futbolçuların böyüməsinə, Vətənə sevgisinin artmasına faydalı olur. Mən dünən bir daha bunun şahidi oldum. Hansısa cəza ala bilərik. Futbolçular 3-5 oyunluq cəzalana bilərlər, amma bunlar onların böyüməsinə fayda verir".Qurbanov transfer məsələləri ilə bağlı da danışıb və bir neçə futbolçu ilə danışıq apardıqlarını söyləyib: "Son vaxtlar hər gün futbolçu almağa ümidimiz olub. Bu axşam, sabah "hə" və ya "yox" cavabı verə bilərlər. Danışıqlar çox ciddi formada gedir. Oyunçu götürmək istəyirik. Amma hələ ki, gözləyirik".Xatırladaq ki, cümə axşamı, avqustun 5-də Kiprdə baş tutan oyunun 93-cü dəqiqəsində Abdullah Zubirin bərabərlik qolundan sonra meydanda gərginlik yaranıb. AEL azarkeşləri "Qarabağ"ın texniki heyətinin ünvanına söyüş və təhqirlər yağdırıblar. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və texniki zonada olanlar buna qəti etirazlarını bildiriblər. Nəticədə hakim oyunu saxlayıb və oyunçular meydançanı tərk ediblər. Kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən hakim tərəfindən dayandırılan matç bir neçə dəqiqə sonra davam edib. Hər iki komanda stadiona dönüb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq.Eləcə də oxuyun:Kiprdə "Qarabağ"-AEL matçında biabırçılıq baş verib: Oyun isə heç-heçə başa çatıbBakıda məhsuldar gecə: “Neftçi” ilə HİK-in oyunundan parlaq kadrlarRamin Musayev: “Klubların uğursuzluğunu çox xırdalamaq lazım deyil”
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427520882_0:108:3071:2039_1920x0_80_0_0_b02367a7cc7cce3fed9bb7b45c55380a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, qurban qurbanov, kipr, qarabağ, oyun, futbol, insident, azərbaycan
xəbərlər, qurban qurbanov, kipr, qarabağ, oyun, futbol, insident, azərbaycan
Qurban Qurbanov Kiprdəki insident barədə: "Hansısa cəza ala bilərik, amma..."
20:15 06.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Kiprdə baş verənləri şərh edən Ağdam klubunun baş məşqçisi heç nədən çəkinmədiklərini vurğulayıb. O qeyd edib ki, bəzi hadisələr futbolçuların Vətən sevgisinin artmasına faydalı olur.
BAKI, 6 avqust - Sputnik. "Bunlar dünya futbolunda təkrar olunan hallardır. Bu cür hadisələrlə həmişə üzləşmişik. Kipr təmsilçiləri ilə Azərbaycan klublarının oyunlarında çox vaxt qarşıdurmalar olub. Mən buna idman prinsipi kimi yanaşıram"
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi
Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında jurnalistlərə açıqlamasında deyib.
49 yaşlı mütəxəssis matçın əvvəlində artıq insident baş verdiyini xatırladıb:
"Bizim köməkçi məşqçilərlə və futbolçularla azarkeşlər arasında qarşıdurma yaşandı. UEFA nümayəndəsinə də bildirildi ki, vəziyyət bir o qədər də yaxşı deyil. Amma sonda elə oldu ki, bir az sakitləşdilər. Oyun ərzində xoşagəlməz ifadələr eşidirdik. Buna baxmayaraq səbrli və təmkinli idik. Fikrimiz, diqqətimiz qarşılaşmaya yönəlmişdi. Bərabərlik qolundan sonra isə ara bir az da qarışdı".
Təcrübəli baş məşqçi bildirib ki, futbolçular da emosiyalarını qoruyub saxlaya bilməyiblər: "Sevincləri həddindən artıq çox oldu və bu, azarkeşləri qıcıqlandırdı. Bəzən biz məşqçilər də aqressiyamızı göstəririk və saxlaya bilmirik. Hər halda heç nədən çəkinmirdik. Ancaq oyunu fikirləşirdik. Bəzən belə hallar futbolçuların böyüməsinə, Vətənə sevgisinin artmasına faydalı olur. Mən dünən bir daha bunun şahidi oldum. Hansısa cəza ala bilərik. Futbolçular 3-5 oyunluq cəzalana bilərlər, amma bunlar onların böyüməsinə fayda verir".
Qurbanov transfer məsələləri ilə bağlı da danışıb və bir neçə futbolçu ilə danışıq apardıqlarını söyləyib: "Son vaxtlar hər gün futbolçu almağa ümidimiz olub. Bu axşam, sabah "hə" və ya "yox" cavabı verə bilərlər. Danışıqlar çox ciddi formada gedir. Oyunçu götürmək istəyirik. Amma hələ ki, gözləyirik".
Xatırladaq ki, cümə axşamı, avqustun 5-də Kiprdə baş tutan oyunun 93-cü dəqiqəsində Abdullah Zubirin bərabərlik qolundan sonra meydanda gərginlik yaranıb. AEL azarkeşləri "Qarabağ"ın texniki heyətinin ünvanına söyüş və təhqirlər yağdırıblar. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və texniki zonada olanlar buna qəti etirazlarını bildiriblər. Nəticədə hakim oyunu saxlayıb və oyunçular meydançanı tərk ediblər.
Kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən hakim tərəfindən dayandırılan matç bir neçə dəqiqə sonra davam edib. Hər iki komanda stadiona dönüb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq.
Kiprdə
"Qarabağ"-AEL matçında biabırçılıq baş verib: Oyun isə heç-heçə başa çatıb
Ramin Musayev: “
Klubların uğursuzluğunu çox xırdalamaq lazım deyil”