CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllim olmaq istəyənlər üçün son gün

© Photo : REPORTЭкзамен во время пандемии
Экзамен во время пандемии  - Sputnik Azərbaycan, 1920, 06.08.2021
Abunə olmaq
Müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib.
BAKI, 6 avqust — Sputnik. Təhsil Nazirliyinin keçirdiyi test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi başa çatır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 6-da Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.
Proses bu gün saat 10:59-dək davam edəcək. Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib ki, Müəllimlərin İşə Qəbul İmtahanlarında (MİQ) 60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib.
"Onların heç də hamısı işsiz müəllimlər deyil. 10259 nəfər dövlət müəssisələrində işləyən şəxslərdir. Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7718 olub. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər", - deyə nazir vurğulayıb.
Həmçinin oxuyun:
Nazir müəllimlərin sertifikasiyası haqda: Proses humanist əsaslarla hazırlanıb
Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi
Nazirlik müəllimlərin narazılığına cavab verdi
Xəbər lenti
0