Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

ICESCO ilə əməkdaşlıq çərçivəsində qlobal akselerator layihəsi başlanır

© Depositphotos.com / FizkesДва мужчины и женщина в деловых костюмах в очереди на собеседование
Два мужчины и женщина в деловых костюмах в очереди на собеседование - Sputnik Azərbaycan, 1920, 06.08.2021
Abunə olmaq
Layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanda baş tutacaq və ilkin olaraq 5 sənaye sahəsini əhatə edəcək: bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir.
BAKI, 6 avqust — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ICESCO-nun üzvü olan ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədilə "ICESCO akseleratoru" adlı yeni pilot layihənin icrasına başlayır.
Sputnik Azərbaycan xəbər verir ki, layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanda baş tutacaq və ilkin olaraq 5 sənaye sahəsini əhatə edəcəkdir: bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir.
Layihənin icrasında ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Bakı Ali Neft Məktəbi və "NewSpace Innovation" iştirak edirlər.
Birinci mərhələdə milli səviyyədə keçiriləcək yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş ən yaxşı startaplar yerli münsiflər heyəti tərəfindən seçiləcək. Milli səviyyədə keçiriləcək yarışlar 11 sentyabr tarixində iki günlük düşərgə (bootcamp) şəklində başlayacaq və burada komandalara biznesin qurulması, biznes modelləri, müştəri araşdırmaları mövzularında təlimlər keçiriləcək.
İkinci mərhələdə isə düşərgə altı həftə ərzində intensiv mentor sessiyaları ilə davam edəcək. Bu mərhələdə komandalar ideyalarını təkmilləşdirəcək, təklif və prototiplər hazırlayaraq münsiflər heyəti qarşısında çıxış edəcəklər. Hər ölkənin üç ən yaxşı komandası final mərhələsində iştirak etmək hüququ qazanacaq.
Layihənin üçüncü mərhələsində hər ölkədən finala çıxan komandalar investor və sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat üçün mübarizə aparacaqlar. Müsabiqədə iştirak etmək istəyənlər avqustun 6-dan sentyabrın 8-dək qeydiyyatdan keçə bilərlər.
Məlumat üçün bildirək ki, ICESCO (IslamiC World Educational, Scientific and Cultural Organization) İslam Əməkdaşlığı Təşkilatı nəzdində İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan, üzv ölklələri arasında əlaqələrinin daha da möhkəm olmasına xidmət edən xüsusi təşkilatdır. Azərbaycan dövləti ICESCO ilə yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. 2009-cu ildə Bakı şəhəri İslam paytaxtı elan olunub.
Həmçinin oxuyun:
İslam Dünyası İrsi Siyahısına daha 97 tarixi-mədəniyyət abidəsi daxil ediləcək
"İpək Yolu dürdanəsi": Özbəkistan və Azərbaycan kinematoqrafçıları əməkdaşlıq edəcək
Dünyanın ən gözəl musiqiləri Qəbələdə səsləndi
Xəbər lenti
0