00:53 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
15 0 0

Görüşdə Özbəkistan Prezidentinin təşəbbüsü ilə Daşkənddə keçiriləcək "İpək Yolu dürdanəsi" beynəlxalq kinofestivalında Azərbaycan kinematoqrafçılarının iştirakı məsələləri də diqqət mərkəzində olub.

BAKI, 5 avqust — Sputnik. Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduxalikov Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, "Filming Azerbaijan"ın direktoru İlkin Məmmədli və Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanovla onlayn görüş keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə Özbəkistan Prezidentinin təşəbbüsü ilə Daşkənddə keçiriləcək "İpək Yolu dürdanəsi" beynəlxalq kinofestivalında Azərbaycan kinematoqrafçılarının iştirakı məsələləri də diqqət mərkəzində olub.

F. Abduxalikov bildirib ki, bundan sonra hər iki ölkənin kinematoqrafçılarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər görüləcək.

Qeyd edək ki, bir müddət öncə Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında sənət mübadiləsi olub. Belə ki, "Dunyo boylab" televiziya kanalı Özbəkistandakı ziyarətgahların çəkilişi ilə bağlı layihəyə start verib. Filmin ssenari müəllifi Qafur Baratov, rejissoru və operatoru soydaşımız Eldar Məmmədov, bədii rəhbər Nadir Tölaqanovdur.

Çəkilişinə başlanan "Müqəddəs ziyarətgah" adlanan birinci sənədli film Daşkənd vilayətinin Kumuşqan kəndindəki "Həzrət Əli Buvə" ziyarətgahıdır.

Abidə Böyük İpək Yolu üzərində, bu ərazinin ən yüksək nöqtəsində ucaldılıb. Ziyarətgah orta əsr memarlığının nadir abidələrindən biridir. Abidənin içərisində və çöl divarlarında Quran ayələri həkk edilib.

Əsas mövzular