Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Assosiasiya yeni fırıldaqçılıq hallarına dair məlumat yaydı

© Sputnik / Murad OrujovБанковские карты
Банковские карты - Sputnik Azərbaycan, 1920, 06.08.2021
Heç bir halda ödəniş kartının PİN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV (3 rəqəmli) kodu, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə bildirməyin.
BAKI, 6 avqust — Sputnik. Azərbaycan Banklar Assosiasiyası (ABB) bank kartları sahəsində yeni fırıldaqçılıq hallarına dair məlumat yayıb. ABB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, banklar tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir.
"Belə hallarla qarşılaşdığınız zaman kart məlumatlarınızı təqdim etməyin və dərhal ödəniş kartının üzərində qeyd olunan bankınızın rəsmi qaynar xətti və ya əlaqə telefonları ilə əlaqə saxlayın", - deyə müraciətdə bildirilir.
Sənəddə qeyd olunub ki, ödəniş kartına pul vəsaitinin köçürülməsi üçün ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə kifayətdir.
"Heç bir halda ödəniş kartının PİN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV (3 rəqəmli) kodu, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə bildirməyin. Qeyd olunan məlumatların kənar şəxslərə təqdim edilməsi kart hesabınızdan vəsaitin silinməsinə səbəb ola bilər", - deyə məlumatda bildirilir.
ABB qeyd edir ki, ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, dünən "Kaspersky" şirkəti kibercinayətkarlarla bağlı məlumat yaymışdı. Şirkət bildirir ki, kiber cinayətkarlar "asan pul" əldə etmək metodlarının növlərini artırmaq qərarına gəliblər. Məktub ünvanlanan şəxslərə təbii qaynaqlara (neft, qaz və s.) və ya bu qaynaqlar tərəfindən dəstəklənən kriptovalyutalara maliyyə yatırımı etmək təklifi edilib. Şirkət bildirir ki, fırıldaqçıların qurbanı olmamaq üçün kart məlumatlarını daxil etməzdən əvvəl saytın ünvanına diqqət yetirməlisiniz. Poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməməyi, şübhəli saytlardakı reklam bannerlərinə klikləməməyi məsləhət görürük. Onlayn alış-veriş üçün başqa bir kart, məsələn, virtual kart əldə etmək və hesabda kiçik məbləğlər saxlamaq, həmçinin gündəlik məxaric limitləri təyin etmək daha yaxşı olar. Fişinq saytına keçid cəhdlərini və ya zərərli reklam bannerlərini önləyən bir təhlükəsizlik həlli quraşdırmaqda da fayda var.
Həmçinin oxuyun:
Hüquqşünas: “Bizdə uçot dərəcəsi bankların əmanət faizindən xeyli aşağıdır”
Bank sektorunun şəffaflıq problemi nədən xəbər verir? – iqtisadçı şərhi
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала