Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hüquqşünas: “Bizdə uçot dərəcəsi bankların əmanət faizindən xeyli aşağıdır”

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan, 1920, 06.08.2021
Abunə olmaq
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov deyib ki, adətən sağlam bank sistemlərində bu belə olmur
Əkrəm Həsənov: “Mərkəzi Bankın uçot dərəcəsi formal bir şeydir”
“Mərkəzi Bankın uçot dərəcəsi formal bir şeydir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov deyib.
Hüquqşünas bildirib ki, uçot dərəcəsi iqtisadiyyata demək olar ki təsir etmir: “Bu o zaman effektiv olur ki, Mərkəzi Bankdan verilən krediti bütün kredit təşkilatları bərabərhüquqlu şəkildə götürə bilsinlər. Digər tərəfdən bizdə uçot dərəcəsi bankların əmanət faizindən xeyli aşağıdır. Adətən sağlam bank sistemlərində bu belə olmur. Biz həm də uçot dərəcəsinin bazardakı kredit faizlərinə təsir etməməsini görürük”
Əkrəm Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0