https://sputnik.az/20210806/AQTA-heyvan-ksimi-faliyyti-il-mul-olanlara-marict-edib-427636387.html
AQTA heyvan kəsimi fəaliyyəti ilə məşğul olanlara müaricət edib
AQTA heyvan kəsimi fəaliyyəti ilə məşğul olanlara müaricət edib
Sputnik Azərbaycan
Heyvan kəsimi məntəqəsi bu ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə... 06.08.2021, Sputnik Azərbaycan
2021-08-06T13:11+0400
2021-08-06T13:11+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
aqta
ət
heyvan
ət kəsimi
kəsim
təhlükəsizlik
agentlik
https://cdnn1.img.sputnik.az/img/42143/24/421432401_0:194:2000:1325_1920x0_80_0_0_db5e167a8bed66f32147816d8944a166.jpg
BAKI, 6 avqust — Sputnik. "Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsi" layihəsinin ikinci mərhələsinə start verilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, AQTA və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin birgə layihəsinin ikinci mərhələsi "ABAD"çıların seçimindən ibarətdir.Beləliklə, Qarabağ İqtisadi rayonu (xüsusilə Ağdam rayonunun Quzanlı qəsəbəsi) sakinləri olan və heyvan kəsimi ilə daha peşəkar məşğul olmaq istəyən hər kəs ABAD-ın rəsmi saytında yaradılmış "ABAD"çı ol" funksiyası vasitəsilə müraciət edə bilər.Növbəti mərhələdə reyestrə daxil olan iştirakçıların seçimi təşkil olunacaq, onların potensialı və biznes idarəetmə səriştəliliyi dəyərləndiriləcək, ət kəsimi sahəsi üzrə "ABAD"çı və ya ABAD-çılar müəyyən ediləcək və onlara "ABAD" dəstək proqramına daxil olan xidmətlər göstəriləcəkdir. Bununla da yerli sahibkarlara peşəkar dəstək göstərilməklə müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradılacaq.Xatırladaq ki, heyvan kəsimi məntəqəsi bu ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunmasına, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək. Məntəqə zoonoz xəstəliklərin nəzarətdə saxlanılması və heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin də daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.Eləcə də oxuyun:Azərbaycanda virus müəmması: Rusiyadan gələn bildirişə görə xəbərdarlıq edildi"Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədəElxan Mikayılov: “AQTA toxumların virusa görə müayinəsini həyata keçirir”
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42143/24/421432401_0:76:2000:1333_1920x0_80_0_0_f6b0832a986cf0678c0de999604cadfe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, aqta, ət, heyvan, ət kəsimi, kəsim, təhlükəsizlik, agentlik, azərbaycan
xəbərlər, aqta, ət, heyvan, ət kəsimi, kəsim, təhlükəsizlik, agentlik, azərbaycan
AQTA heyvan kəsimi fəaliyyəti ilə məşğul olanlara müaricət edib
13:11 06.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Heyvan kəsimi məntəqəsi bu ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edəcək.
BAKI, 6 avqust — Sputnik. "Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsi" layihəsinin ikinci mərhələsinə start verilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə,
AQTA və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində
"ABAD" publik hüquqi şəxsin birgə layihəsinin ikinci mərhələsi "ABAD"çıların seçimindən ibarətdir.
Beləliklə, Qarabağ İqtisadi rayonu (xüsusilə Ağdam rayonunun Quzanlı qəsəbəsi) sakinləri olan və heyvan kəsimi ilə daha peşəkar məşğul olmaq istəyən hər kəs ABAD-ın rəsmi saytında yaradılmış "ABAD"çı ol" funksiyası vasitəsilə müraciət edə bilər.
Növbəti mərhələdə reyestrə daxil olan iştirakçıların seçimi təşkil olunacaq, onların potensialı və biznes idarəetmə səriştəliliyi dəyərləndiriləcək, ət kəsimi sahəsi üzrə "ABAD"çı və ya ABAD-çılar müəyyən ediləcək və onlara "ABAD" dəstək proqramına daxil olan xidmətlər göstəriləcəkdir. Bununla da yerli sahibkarlara peşəkar dəstək göstərilməklə müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradılacaq.
Xatırladaq ki, heyvan kəsimi məntəqəsi bu ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunmasına, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək. Məntəqə zoonoz xəstəliklərin nəzarətdə saxlanılması və heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin də daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.