“Bitki mənşəli viruslar insan sağlamlığına təsir etməsə də, məhsuldarlığı qismən və ya tamailə məhv etmək gücündədir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AQTA-nın aparat rəhbəri Elxan Mikayılov deyib.
O bildirib ki, son dövrlə dünyada və qonşu ölkələrdə bu tip virusların yayılma halları müşahidə edilir: “Bu həmin virusların bizim ərazilərimizdə də yayılma riskini artırır. AQTA dövrü olaraq gömrük rəsmiləşməsindən keçən idxal olunmuş toxumların virusa görə müayinəsini həyata keçirir. Qeyd edim ki, Rusiyaya ixrac olunan bir neçə yük partiyasında qonur qarışıqlıq və pepina virusunun aşkarlanması ilə bağlı agentliyə bildirişlər daxil olub. O cümlədən ixrac olunmuş kartofda da Azərbaycan mənşəli viruslar aşkarlanıb. Bununla bağlı olaraq təsərrüfatlarda monitorinqlərin aparılmasına başlanılıb”.
Elxan Mikayılovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz