Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya şöhrətli müğənni rəsmən milyarder oldu

© © Evan Agostini / Invision / APПевица Рианна, фото из архива
Певица Рианна, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
Məşhurun öz sərvətinin xeyli hissəsini (1.4 milyard dollar) 2017-ci ildə əsasını qoyduğu "Fenty Beauty" kosmetika şirkəti sayəsində əldə etdiyi bildirilib.
BAKI, 5 avqust — Sputnik. Bütün dünyada Rihanna kimi tanınan Robin Rianna Fenti rəsmən milyarder olub.
Bu barədə "Forbes" məlumat yayıb.
Məlumata görə, hazırda müğənninin sərvəti 1.7 milyard dollar təşkil edir. Bu sərvətlə Rihanna dünyanın ən varlı musiqiçi qadınına çevrilib.
Məşhurun öz sərvətinin xeyli hissəsini (1.4 milyard dollar) 2017-ci ildə əsasını qoyduğu "Fenty Beauty" kosmetika şirkəti sayəsində əldə etdiyi bildirilib.
Məlumat üçün bildirək ki, 33 yaşlı müğənni səhnədə ilk addımlarını 2005-ci ildə atıb. "Music of the Sun" mahnısı ilə başlayan müğənni "Billboard 200", "Billboard Hot 100" albomları ilə o dönəmlərin ən çox dinlənilən müğənnisinə çevrilmişdi. Müğənni 2007-ci ildə "World Music Awards", BRIT Awards-də "Ən Yaxşı Beynəlxalq Qadın Sənətçi" seçilib. Bundan başqa, Rihanna səkkiz dəfə "Grammy" mükafatı, altı dəfə "Amerika Musiqi Mükafatı" və "Xüsusi İkon Mükafatı", on səkkiz "Billboard" Musiqi mükafatına layiq görülüb. 
Həmçinin oxuyun:
Rihanna həmkarı ilə qonşu olmaq üçün böyük miqdarda pul ödədi
"Forbes" jurnalı Rihannanın alt paltarını 1 milyard dollar dəyərində qiymətləndirib
Rihanna sevənlərini qorxudub
Xəbər lenti
0