BAKI, 27 fevral — Sputnik. "Forbes" jurnalı dünyaca məşhur müğənni Rihannanın "Savage X Fenty" adlı alt paltarı brendinin gəlirlərini 1 milyard dollar dəyərində qiymətləndirib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, hazırda analitiklər markanın daha da inkişaf edəcəyini proqnozlaşdırırlar.
Onların fikrincə, brend 2025-ci ildə dünya bazarının lideri olacaq.
Qeyd edək ki, "Savage X Fenty"-nin 2020-ci ildə satışlardan əldə etdiyi mənfəət 200%-dən çox artıb. Rihannanın 2019-cu ilin yazında "LVMH" şirkəti ilə qurduğu "Fenty" moda markası isə bu il fəaliyyətini dayandırıb.