Baş prokurorluq Yeganə Əmiraslanova ilə bağlı açıqlama yaydı

© AP Photo / Martin MejiaМигрант с багажом, фото из архива
Мигрант с багажом, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.08.2021
Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmayıb, ona hər hansı məzmunda ittiham verilməyib.
BAKI, 4 avqust — Sputnik. Avropa ölkələrinə Azərbaycan Respublikasının vətəndaşlarının qanunsuz miqrasiyasının təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili)  və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olan məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilib.
Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmayıb, ona hər hansı məzmunda ittiham verilməyib, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməyib və axtarışa verilməyib.
Kütləvi informasiya vasitələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatlara istinad etməmələri xahiş olunur.
Yeganə Əmiraslanovanın saxlanılması məsələsi
Ötən gün "Amerikanın səsi" radiosu və digər KİV-lər keçmiş siyasi mühacir, hazırda Azərbaycan və Almaniya vətəndaşı olan Yeganə Əmiraslanova iyulun 29-dan 30-na keçən gecə Bakıya gələrkən aeroportda saxlanıldığını yazıb. 
Qeyd edək ki, Əmiraslanova 2010-2013-cü illərdə fəaliyyətdə olan müxalif siyasi qüvvələrin birliyi kimi tanınan İctimai Palatanın üzvü olub. Vaxtı ilə mitinqlərdə hökumətin fəaliyyətini tənqid edib. Sonra Almaniyaya mühacirətə gedib.
Əmiraslanova "Amerikanın Səsi"nə müsahibəsində bildirib ki, onu sərhəd nəzarətində saxlayıblar və ayrı otağa apararaq heç bir açıqlama vermədən uzun müddət orada saxlayıblar. Sonra Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi gəlib Əmiraslanovanı prokurorluğa aparıb və orada bir saata yaxın dindirib. Sonra onu buraxıblar, növbəti gün dindirməyə gəlməsi üçün iltizam alıblar.
Şənbə günü Əmiraslanova vəkillə gəlib və onu Avropada sığınacaq almaq üçün saxta sənədlərin verilməsi işi üzrə şahid qismində dindiriblər.
O bildirib ki, həmçinin prokurorluqda onu qardaşına qarşı iş üzrə və saxta sənədlərin verilməsi işi üzrə sorğu-sual ediblər.
"Mənim qardaşımı uydurma ittiham - Almaniyadan bir elektron məktub əsasında cəlb ediblər. İş üzrə heç bir sübut olmadığından onu bağladılar, qardaşımı isə buraxıblar. Amma, biz bəraət almağa nail olmaq istəyirik və indi Ali Məhkəmə vəkilin şikayətilə işi Apellyasiya Məhkəməsinə qaytarıb", - Əmiraslanova deyib.
O qeyd edib ki, istintaq sirri ilə əlaqədar dindirmənin təfərrüatlarını açıqlaya bilmir. Lakin onda belə təəssürat yaranıb ki, istintaq ümumilikdə onun Almaniyadakı fəaliyyəti və çıxışları ilə maraqlanır.
"Mən etdiyim hər şey şəffafdır. Bura mənim vətənimdir və mənim buraya gəlməyə haqqım var. Bilirdim, məni nə gözləyə bilər, ancaq yenə də gəldim, hətta məni həbs etsələr belə," Əmiraslanova deyib.
"Bu gün, yəqin ki, saxlanılmamın səbəblərilə bağlı çox şey aydınlaşacaq", - o bildirib.
Əmiraslanova qeyd edib ki, prokurorluq onun pasportunu götürüb və ölkədən çıxışmaması üçün iltizam alıb.
"Mən istənilən sürprizə hazıram," Əmiraslanova qeyd edib. Avqustun 3-də isə Yeganə Əmiraslanova prokurorluğa gedib və ona deyiblər ki, növbəti dəfə istintaqa özləri dəvət edəcək. Bu səbəbdən həmin gün dindirilmə olmayıb.
Ramin Hacılının həbsi
Qeyd edək ki, siyasi aktivist, "Azərbaycan Avropa Hərəkatı"nın sədri Ramin Hacılı bu il iyulun 10-da Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında saxlanılıb. O, dələduzluq maddəsinin bir neçə bəndi ilə ittiham edilib.
Baş Prokurorluq bildirib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun: 
* Almaniyadan Azərbaycana deportasiya edilən miqrantları gətirəcək təyyarədə problem yaşanıb
* Avropa ölkələrinə sığınan 18 azərbaycanlı deportasiya edilib
* Azərbaycanlıları Avropadan deportasiya edirlər
* Almaniya 180 azərbaycanlıya sığınacaq verməkdən imtina edib
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала