Almaniyadan Azərbaycana deportasiya edilən miqrantları gətirəcək təyyarədə problem yaşanıb

© AFP 2023 / ARMANDO BABANIАэропорт Дюссельдорфа
Аэропорт Дюссельдорфа - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Almaniyanın müxtəlif əyalətlərindən gecə saatlarında polis və miqrasiya idarəsi əməkdaşlarının müşayiəti ilə birbaşa Düsseldorf hava limanına gətirilən Azərbaycan Respublikasının 50-dən çox vətəndaşı koronavirus testindən sonra təyyarəyə mindirilib.

BAKI, 17 iyun — Sputnik. Ötən gün Düsseldorf-Bakı çarter reysini həyata keçirəcək təyyarə texniki problemlə üzləşib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, təyyarə Almaniyadan deportasiya ediləcək şəxsləri gətirirmiş.

Almaniyanın müxtəlif əyalətlərindən gecə saatlarında polis və miqrasiya idarəsi əməkdaşlarının müşayiəti ilə birbaşa Düsseldorf hava limanına gətirilən Azərbaycan Respublikasının 50-dən çox vətəndaşı koronavirus testindən sonra təyyarəyə mindirilib.

Səhər saat 06:00-da pilotun texniki qəza bildirişi ilə təyyarə havaya qalxa bilməyib.

Sərnişinlər polis və miqrasiya idarəsinin müşayiəti ilə təyyarədən endirilərək, evlərinə buraxılıblar.

Düsseldorf Hava Limanından isə bildirilib ki, texniki problemə bir quşun təyyarənin motor hissəsinə girməsi olub.

Təyyarədə Almaniyada sığınacaq istəyi rədd edilən və readmisiyya sazişi əsasında vətəndaşı olduqları ölkəyə göndərilən şəxslər olublar.

Təxirə salınan uçuşun iyunun 19-da həyata keçirilməsi gözlənilir.

Almaniya azərbaycanlılara rədd cavabı verib

Bu ilin yanvar-mart aylarında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) bu ölkədə sığınacaq almaq istəyən 180-ə qədər Azərbaycan vətəndaşına rədd cavabı verib. Bu barədə BAMF məlumat yayıb.

Məlumatda deyilir ki, bu ilin ilk üç ayında federal idarə 288 sığınacaq müraciət ilə bağlı qərar verib. Federal idarə məhkəmələri 176 Azərbaycan vətəndaşı ilə bağlı qərarı qüvvədə saxlayıb və onlar barəsində deportasiya qərarı çıxarıb.

Digər şəxslər isə Cenevrə Qaçqınlar Konvensiyasına uyğun olaraq qaçqın və qorunma statusları alıblar.

Həmin dövrdə ümumilikdə 48 Azərbaycan vətəndaşı tərəfindən qaçqın statusu üçün müraciət daxil olub.

BAMF-dan bildirilib ki, bu ilin ilk üç ayında ümumilikdə 25,6 min nəfər qaçqın statusu üçün federal idarəyə müraciət edib. Ən çox müraciət isə Suriya, Əfqanıstan və İraq vətəndaşlarından daxil olub.

Belçika və Niderlandda yaşayan azərbaycanlılar da deport edilib

Bu ilin aprelində Belçika və Niderland krallıqlarında qanunsuz yaşayan müxtəlif millətdən miqrantlar, o cümlədən 18 azərbaycanlı növbəti dəfə deport olunub.

Azərbaycanlılardan 11-i Belçikadan, 7-si isə Niderlanddan deportasiya edilib. Deporta səbəb qeyd olunan ölkələrdə saxta məlumat və sənəd əsasında yaşama olub. Yerli orqanlar tərəfindən bu, aşkar edilib və deportasiya qərarı verilib.

Həmçinin oxuyun:

* Avropa ölkələrinə sığınan 18 azərbaycanlı deportasiya edilib

* Azərbaycanlıları Avropadan deportasiya edirlər

* Almaniya 180 azərbaycanlıya sığınacaq verməkdən imtina edib

Xəbər lenti
0