https://sputnik.az/20210804/Ispaniyadan-butun-nov-diri-iri-ve-xirdabuynuzlu-heyvanlarin-idxali-dayandirilib-427623198.html
İspaniyadan bütün növ diri iri və xırdabuynuzlu heyvanların idxalı dayandırılıb
İspaniyadan bütün növ diri iri və xırdabuynuzlu heyvanların idxalı dayandırılıb
Sputnik Azərbaycan
Bir müddət öncə Rusiya Federasiyasının Kostroma vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınmışdı. 04.08.2021, Sputnik Azərbaycan
2021-08-04T21:40+0400
2021-08-04T21:40+0400
2021-11-16T23:59+0400
xəbərlər
iqtisadiyyat
cəmiyyət
buynuz
xırdabuynuzlu heyvanlar
ət
ispaniya
aqta
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/08/04/424596126_0:272:3142:2048_1920x0_80_0_0_cd158bfba3f985f12abc7b33ce26a560.jpg
BAKI, 4 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İspaniya Krallığının Balear adalarında blutanq xəstəliyi qeydə alınıb.Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İspaniya Krallığının Balear adalarından bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İspaniya Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.Qeyd edək ki, bir müddət öncə Rusiya Federasiyasının Kostroma vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınmışdı. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiyanın Kostroma vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiyanın Kostroma vilayətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.Bundan öncə Monqolustanda dabaq xəstəliyi qeydə alınıbQeyd edək ki, bundan öncə Monqolustanın Xentiy, Dornoqov və Süxbator vilayətlərində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Xentiy, Dornoqov və Süxbator vilayətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.Eləcə də oxuyun:Azərbaycanda virus müəmması: Rusiyadan gələn bildirişə görə xəbərdarlıq edildi"Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədəElxan Mikayılov: “AQTA toxumların virusa görə müayinəsini həyata keçirir”
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/04/424596126_0:74:3142:2048_1920x0_80_0_0_e066f6364e348b4153494a5abbc44cec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, buynuz, xırdabuynuzlu heyvanlar, ət, ispaniya, aqta, dünya, azərbaycan
xəbərlər, buynuz, xırdabuynuzlu heyvanlar, ət, ispaniya, aqta, dünya, azərbaycan
İspaniyadan bütün növ diri iri və xırdabuynuzlu heyvanların idxalı dayandırılıb
21:40 04.08.2021 (Yenilənib: 23:59 16.11.2021) Bir müddət öncə Rusiya Federasiyasının Kostroma vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınmışdı.
BAKI, 4 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. AQTA-dan
Sputnik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İspaniya Krallığının Balear adalarında blutanq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İspaniya Krallığının Balear adalarından bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İspaniya Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qeyd edək ki, bir müddət öncə Rusiya Federasiyasının Kostroma vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınmışdı. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiyanın Kostroma vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiyanın Kostroma vilayətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bundan öncə Monqolustanda dabaq xəstəliyi qeydə alınıb
Qeyd edək ki, bundan öncə Monqolustanın Xentiy, Dornoqov və Süxbator vilayətlərində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Xentiy, Dornoqov və Süxbator vilayətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.