CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirdən daha bir yüksək vəzifəyə təyinat

© pixabay / Free-PhotosSənəddə imza, arxiv şəkli
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Emin Əmrullayev Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin edib. Agentlik Prezident İlham Əliyevin fərmanı ilə 20 aprel 2016-cı ildə yaradılıb.
 
BAKI, 3 avqust — Sputnik. Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Valeh Mirzalıyev Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçmiş direktoru Pərviz Yusifov idi.
Məlumat üçün əlavə edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi Prezident İlham Əliyevin fərmanı ilə 20 aprel 2016-cı ildə yaradılıb. Agentliyin yaradılması ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi güdür.
Eləcə də oxuyun:
Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradılır
Altmış peşə və kvalifikasiya standartı hazırlanıb
Xəbər lenti
0