02:43 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
XƏBƏRLƏR
Qısa URL
7 0 0

"Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın yeni layihələri hazırlanıb.

BAKI, 1 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarında prioritet peşələr üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması işləri davam edir. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə ƏƏSMN-də keçirilən Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, son vaxtlarda İKT, emal sənayesi, ictimai iaşə, tikinti və s. sahələr üzrə daha 60 peşə və kvalifikasiya standartı hazırlanıb. Peşə və kvalifikasiya standartları peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə, işçi qüvvəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Son illərdə artıq 360-dək standart hazırlanaraq təsdiqlənib, ilin sonuna qədər bu göstəricinin 1000-ə çatdırılması nəzərdə tutulur.

Həmçinin "Radiasiya təhlükəsizliyi məsələləri üzrə əməyin mühafizəsi Qaydaları", eləcə də "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın yeni layihələri hazırlanıb.

İclasda yeni standartlar təsdiq edilib, layihələr müzakirə olunub.

Əsas mövzular