Tovuzda yeni avtomobil tuneli inşa edilir

© Azerbaijan Highway State AgencyTovuzda inşa edilən yeni avtomobil tuneli
Tovuzda inşa edilən yeni avtomobil tuneli - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Yeni tunel istifadəyə verildikdən sonra isə qabaritindən asılı olmayaraq bütün avtonəqliyyat vasitələri ondan yararlana biləcək
BAKI, 3 avqust — Sputnik. Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağı inşa edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni yol qovşağı Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamı və agentliyin sifarişi əsasında tikilir.
Xəbərdə deyilir ki, ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tuneli inşa edilir.
"Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni 11 metr olacaq. Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilər də salınacaq", - deyə xəbərdə bildirilir.
© Azerbaijan Highway State Agency
Tovuzda inşa edilən yeni avtomobil tuneli - Sputnik Azərbaycan
1/3
© Azerbaijan Highway State Agency
Tovuzda inşa edilən yeni avtomobil tuneli - Sputnik Azərbaycan
2/3
© Azerbaijan Highway State Agency
Tovuzda inşa edilən yeni avtomobil tuneli - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Hazırda tikinti ərazisində torpaq işləri aparılır, yolun genişləndirilməsi üçün söküntü və tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunur. Ərazidə artıq 154 svay vurulub və yeni inşa edilən tunelin qapalı hissəsinin yarısı hazırdır, digər yarıısında isə müvafiq olaraq işlər davam etdirilir.
"Əvvəllər bu ərazidə mövcud olan tunelin müasir standartlara cavab verməməsi, üstəlik ensiz olması hərəkət iştirakçıların rahatlıq və təhlükəsizliyini təmin etmirdi. Köhnə tuneldən yalnız minik maşınları istifadə edə bilirdi, piyadalar üçün səkilər mövcud deyildi. Bu üzdən piyadalar dəmir yolu xətlərinin üzərindən keçməyə məcbur idilər. Bu isə ərazidə təhlükəli vəziyyət yaradırdı. Yeni tunel istifadəyə verildikdən sonra isə qabaritindən asılı olmayaraq bütün avtonəqliyyat vasitələri ondan yararlana biləcək. Yeni piyada səkiləri vasitəsi ilə isə vətəndaşlar rahat və təhlükəsiz şəkildə dəmir yolu xəttini keçmədən öz yollarına davam edə biləcəklər", - deyə xəbərdə vurğulanır.
Xəbərdə qeyd olunur ki, avtomobil tuneli "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Eləcə də oxuyun:
Prezident Qərb istiqamətində yolların tikintisinə vəsait ayırdı
Bakının əsas prospektlərindən birində qəzaların qarşısını almaq üçün yenilik
Qərar verildi, Şuşaya dəmiryol xətti çəkiləcək
Xəbər lenti
0