QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qərar verildi, Şuşaya dəmiryol xətti çəkiləcək

© Azerbaijan Railways CJSCСтроительство железной дороги, фото из архива
Строительство железной дороги, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
Cavid Qurbanov deyib ki, Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq.

BAKI, 23 iyul — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmiryol xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QSC-nin sədri Cavid Qurbanov bildirib.

O qeyd edib ki, dəmiryolunun layihələndirmə işləri Türkiyə şirkəti tərəfindən həyata keçirilib.

Cavid Qurbanov qeyd edib ki, ərazidə tunellər çoxdur, ərazi dağlıq ərazidir: "Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq".

Azərbaycanda dəmir yolları

Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olub. Həmin tarixi dövrdən başlayaraq, Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə alaraq inkişaf etmiş və təkmilləşmişdir.

Hazırda ölkə üzrə baş yolların açılmış uzunluğu 2954,74 km, istismar uzunluğu 2133,07 km-dir ki, onlardan da 803,3 kilometri ikiyollu, 1329,72 km-i isə bir yolludur. Yolun ümumi istismar  uzunluğunun 1169,17 kilometri və ya 54,82%-i elektrikləşdirilib, 964,9 kilometri, yəni 45,18%-i teplovoz dartısı ilə işləyir.  1527,7 kilometri avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib.

Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240, 4 km. sahəsi işğal altına düşmüş və təsərrüfatlara  təxminən 45 mln. 60 min ABŞ dolları məbləğində ziyan dəymişdir.

Mədəniyyət paytaxtı Şuşa

Qeyd edək ki, Azərbaycanın dilbər guşələrindən olan, öz qədimliyi və zəngin mədəniyyəti ilə seçilən Şuşa 1992-ci ilin 8 mayında Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində işğaldan azad edilib. Erməni işğalında qaldığı 28 il müddətində şəhərdə çoxsaylı dağıntılar, talanlar törədilib. Şəhərin infrastrukturu, yolları məhv edilib. 

Prezident İlham Əliyev 2021-ci ildə Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Bundan sonra Şuşada bərpa və quruculuq işlərinə başlanılıb.  

  

Xəbər lenti
0